Queer Art Workshop

Minority Azərbaycan təşəbbüsü LGBTQ+ icmasını 18 noyabr saat 14.00-17.00-da Queer Art Workshop-a dəvət edir. Vörkşop zamanı siz kollaj texnikası, kollajın tarixi, istifadə istiqamətləri ilə tanış olacaqsınız və kuirlərin özünüifadəsi mövzusunda kollaj hazırlamağı öyrənəcəksiniz. Vörkşop zamanı yaradacağınız əsərlər Minority Azerbaijan saytında dərc olunacaqdır. 

Təlimçimiz rəssam Özgür Əlizadədir. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində təhsil alıb. Təhsili müddətində Yarat incəsənət məkanının nəzdində və rəssamı olduğu Esmeralda Studio ilə bir sıra layihələrdə iştirak edib. 

Hələ kiçik yaşlarında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə layihəsində Fəxri Fərmana layiq görülüb. Bir sıra yerli və beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısı olub. Onun iki əl işi Belarusda sərgilənib.Özgür Əlizadə 2014-cü ildən etibarən tatu ustası kimi də fəaliyyət göstərir. Eləcə də karikatur janrında bir sıra işlərin müəllifidir.

O, həmçinin ictimai fəaldır, qadın, kuir haqları və eləcə də heyvan haqları mövzularına diqqət çəkir.  

Vörkşop zamanı qəhvə fasiləsi təqdim olunacaqdır. İştirak etmək üçün bu keçiddəki formanı doldurmağınız xahiş olunur. Seçilən iştirakçılara vörkşopun ünvanı və əlavə məlumatlar bildiriləcəkdir. 

Powered by Froala Editor