Meşədə yaşayan xoşbəxt bir illüstrator Medison Seyferin qadınla qadın eşqini işlədiyi işləri "Obraz, bədən və seksuallıq" qalereyasında. 

Həyatımızı əhatə edən, varlığımızı, fərqliliklərimizi  "qüsur" olaraq təqdim edən rəsmlərə qarşı üsyan edirik! Hər şənbə günü biz qadınları və LGBTİ fərdlərini rəsmdə gücləndirən sənətkarlara yer verəcəyik.  

 "Obraz, bədən və seksuallıq" qalereyasında bu həftə Medison Seyferin işləri yer alıb. Medison Seyfer özünü göbələklərlə dolu meşədə yaşayan  xoşbəxt bir illüstrator kimi qələmə verir. Seyferin işləri nostalji ev və gündəlik həyat haqqındadır. Yata bilmədiyi, ya da çəkmədiyi vaxtlarda çay içməyi, xəyal qurmağı, ya da bitkilərlə başını qatmağı sevən Seyferin qadınla qadın eşqini yaratdığı işləri sizə təqdim edirik.