The Gift of Creator - Two-spirited people
Avropalı müstəmləkəçilər məcburi şəkildə öz gender rollarını yeritməzdən əvvəl Amerika yerliləri 5 gender rolunu qəbul etmişdi
07/Mar/19
3377
Avropalı müstəmləkəçilər məcburi şəkildə öz gender rollarını yeritməzdən əvvəl Amerika yerliləri 5 gender rolunu qəbul etmişdi
Amerikanın kəşfi ilə avropalılar yeni coğrafi ərazi və təbii sərvətlərlə yanaşı, yeni bir mədəniyyətlə də tanış oldu. Bu mədəniyyət toxunulmamış, Avropa mədəniyyətinin qayda-qanunlarından tamamilə uzaq və fərqli idi. Zamanla avropalılar bu mədəniyyəti dəyişərək, adət-ənənələri assimilyasiya edərək, Amerikada öz mədəniyyətlərini formalaşdırdılar.
Avropalılar Şimali Amerikanı ələ keçirənə qədər yerlilər gender rolları fikrini mənimsəməmişdi. Amerika Yerlilərinə görə qəbilənin “normal” üzvü olmaq üçün qadın və kişilərin əməl etməli olduğu qaydalar yox idi.
Əslində həm qadın, həm də kişi xarakteristikasına sahib insanlar təbiət tərəfindən hədiyyələndirilmiş hesab edilir və onların hər şeyin iki tərəfini də gördüklərinə inanılırdı. Indian Country Today-ə əsasən, bütün yerli icmalar aşağıdakı gender rollarını qəbul edirdi: Qadın, Kişi, İki ruhlu qadın, İki ruhlu kişi, Transgender.
Hər qəbilənin özünəməxsus terminləri var idi, lakin ümumi əhalinin anlaya biləcəyi universal bir dilə ehtiyac var idi. Navaco qəbiləsində İki Ruhlular Nedlihí (transformasiya etmiş biri), Lakota yerliləri arasında Vinkti (qadın kimi davranmalı olan kişi), Ocibvedə Niizh Meniduvaq (iki ruh), Şeyendə Himena (yarı kişi, yarı qadın) və bu kimi bir neçə adla çağırılırdı.“İki Ruhlu” (“Two Spirit”) ifadəsinin məqsədi universal bir termin kimi ingilis dilində istifadə etməkdir. Bu ifadə Yerli dillərdə həmişə eyni mənada tərcümə olunmur. Məsələn, İrakuis Çeroki dilində termini tərcümə etmək mümkün deyil, amma Çerokinin “kişi kimi hiss edən qadınlar” və əksinə uyğun fərqli terminləri mövcud idi.
Yəqin ki, ən məşhur İki Ruhlulardan biri Zuni yerlilərindən Vivha (1891-1896) idi.Vivha bioloji olaraq kişi idi, lakin qadın ruhu ilə doğulmuşdu. O, Vaşinqtonda Zuni Səfiri olmuş hərtərəfli intelligent qadın idi və Vaşinqton elitası tərəfindən “Zuni kişi-qadın” olaraq rəğbət qazanmışdı. Bu şəkillər Ənənəvi Zuni qadın geyimlərindəki Vivhanı əks etdirir.
Amerika Yerlilərinin “İki Ruh” mədəniyyəti avropalıların üzərini örtməyə çalışmış olduğu şeylərdən biri idi. Amerikalı sənətçi Corc Katlin kimi insanlara görə İki Ruh ənənəsi tarix kitablarına yazılmadan aradan qaldırılmalı idi. Katlin bu ənənə haqqında deyirdi:
“..Bu hələ tam qeydiyyata alınmadan əvvəl söndürülməlidir.”
Yerli gender anlayışının izlərini gizləməyə çalışanlar sadəcə ağdərili avropalılar deyildi. Indian Country Today-ə görə: “İspan Katolik rahibləri Astek kodlarının çoxunu, İki Ruh ənənəsindən bəhs edənlər də daxil olmaq üzrə, ənənəvi Yerli inanclarını və tarixini yox etmək məqsədi ilə yandırdı. Xristianların bu səyləri müddətində Yerli Amerikalılar yeni müəyyənləşdirilmiş gender rollarına görə geyinmək və davranmaq məcburiyyətində qaldı. Tarixin rəğbət qazanmış İki Ruhlularından biri - adının “Onları Tapan və Öldürən” mənası verdiyi Lakota savaşçısı Oş-Tiş idi. Oş-Tiş kişi olaraq doğulmuş və bir qadınla evlənmişdi, lakin o, özünü qadın geyimləri ilə gözəlləşdirir, gündəlik həyatını qadın kimi yaşayırdı. O, 17 İyun 1876-cı ildə Rozbad Crik Savaşında qəbilə yoldaşını xilas edərək nüfuzunu qazanmışdı. Qorxusuz cəsarət örnəyi idi. Aşağıdakı şəkil Oş-Tiş və onun həyat yoldaşına aiddir:
Oş-Tiş (solda) və həyat yoldaşı (sağda)
1982-ci ildə Krov yaşlıları Oş-Tiş haqqında etno-tarixçi Volter Vilyamsa danışmışdır: “Oş-Tiş kimi insanların təşki etdiyi sosial qrup Bedei adlanırdı və qəbilədə hörmət sahibi idilər. Onlar zamanlarını ya qadınlarla, ya öz aralarında keçirir, bir-birlərinə “bacı” deyə səslənirdilər, Oş-Tiş onların başçısı idi. Oş-Tişin ölümü isə faciəvi oldu. O, həbs edildi, saçları kəsilərək “kişi kimi” geyinməyə və ağır əməyə məhkum edildi. Onun dəyişdirilməyə çalışılması və başına gətiriənlər əsl faciə idi.”
Qəbilə daxilində İki Ruhlu insanlara hər hansı neqativ damğalama və müqayisə olmadan yanaşılırdı. Toxunulmamış Yerli Amerika adət-ənənələrinə əsasən İki Ruhlu insanlara hörmət bəslənir və onların mənsub olduğu ailələr şanslı qəbul edilirdi. Hindular eyni anda hər iki cinsin gözü ilə dünyanı görə bilən şəxsin Yaradıcıdan bir hədiyyə olduğuna inanırdı.
Dini etiketlər çox keçmədən “gender müxtəlifliyi”nə qarşı ciddi bir qərəz gətirdi və bu da bir zamanlar alternativ və ya angrogin insanları iki seçimdən birinə məcbur etdi. Gizlənərək və tapılma qorxusu ilə yaşaya və ya həyatlarına son verə bilərdilər. Bir çoxu ikincisini seçdi.
Müəllif: Raven