2024-cü ilin ilk altı ayında kuir məzmunlu seriallar

Metacritic 20 ən yaxşı teleserialı dərc edib - biz də sizə kuir məzmunlu seriallar haqqında məlumat vermək qərarına gəldik.

Bu yaxınlarda məşhur aqreqator saytı Metacritic tənqidçilərdən və tamaşaçılardan yüksək qiymət alan 20 ən yaxşı teleserialı dərc edib. Biz kuir məzmunu - istər LGBTQİ+ personajları, istər homoseksuallığa dair göstərişləri və ya kuir mədəniyyəti ilə əlaqəli digər elementləri ehtiva edən seriallara xüsusi diqqət yetirmək qərarına gəldik. 


Ripley mini seriyası Patricia Hismith-in “İstedadlı cənab Ripley” romanı əsasında çəkilib. 1960-cı illərdə qurulan hekayə Nyu-York şəhərində daha yaxşı həyat arzulayan gənc Tom Ripley-dən bəhs edir. Dickie Greenleaf-i evə qayıtmağa inandırmaq üçün İtaliyaya səyahət etmək tapşırığı olan Tom tədricən hiylə, cinayət ilə dolu bir dünyaya qərq olur. O, Dickie-nin şəxsiyyətini oğurlamağa qərar verir ki, bu da bir sıra qətllərə və hiylələrə səbəb olur.

Eyni zamanda, Tom Ripley-nin seksual oriyentasiyası qeyri-müəyyən olaraq qalır. Onun Dickie Greenleaf və digər personajlarla münasibətləri onun xarakterinə mürəkkəblik qatan dərin psixoloji və emosional təsirlərə malikdir. Həmçinin serialda Eliot Sumner (qeyri-binar vokalçı və bəstəkar) Freddie Miles obrazını canlandırır.

Serial ən yaxşı seriallar siyahısında 19-cu yerdə qərarlaşıb.


Detroytdən Diarra

Serial Tinder sevgilisinin itkin düşdüyünə inanmaq istəməyən məktəb müəllimi Diarradan bəhs edir. Əvəzində onun qaçırıldığına əmindir. O, Detroyt kriminal dünyasına aid sirləri açan araşdırmaya başlayır.

Əsas personajlardan biri cənab T isə Diarranın ən yaxın dostudur. T geydir və müəllimdir. Serial çoxqatlı xarakter təqdim edir - o, gey personajları canlandırmağa çalışarkən tez-tez ortaya çıxan klişelərə malik deyil. Onun şəxsi həyatı da süjetdə fəal şəkildə inkişaf edir və romantik bir xətt ehtiva edir.

Serial ən yaxşı seriallar siyahısında 11-ci yeri tutub.


Nolly

Britaniyanın üç hissəli bioqrafik mini-serialı “Nolly” “Yolayrıcı” serialı sayəsində məşhurlaşan britaniyalı aktrisa Noele Gordon-un həyatından bəhs edir. Serial Noele-nin karyerasında və şəxsi həyatında eniş və yoxuşları göstərir. Qeyd edək ki, Noele Gordon rəngli televiziyaya çıxan ilk qadın, həmçinin Britaniyanın baş naziri ilə canlı müsahibə alan ilk qadın olub.

Noele-nin ən yaxşı dostlarından biri - ölümündən sonra memuarda seksual oriyentasiyası aşkarlanana qədər homoseksuallığını gizlədən komediyaçı - Larry Grayson idi. O, serialda iştirak edir və baş qəhrəmanın həyatında mühüm rol oynayır.

Serial ən yaxşı seriallar siyahısında 10-cu yeri tutub.


Fantazmlar

"Fantazmlar" sürreal komediyadır. Serial hekayənin lap əvvəlində itirdiyi istiridyə şəklində qızıl sırğa axtarışında olan Julio Torresin hekayəsindən bəhs edir. Nyu-Yorkun bir qədər sürreal versiyası ilə səyahətində o, bir çox qeyri-adi və yaddaqalan personajlarla tanış olur.

Eyni zamanda, serialda bir çox kuir cizgilər var. Məsələn, epizodlardan biri birbaşa “Looking4Twinks2S**k” adlanır. Bu serialda baş qəhrəman LGBTQİ+ icması ilə bağlı məzəli vəziyyətlər kontekstində insanlarla tanış olur. 

Serial ən yaxşı seriallar siyahısında 2-ci yeri tutub.




Powered by Froala Editor