Care - modern gender problem
MIL network invites everyone to discuss the care as one of the gender issues.
28/Mar/19
3691
MİL şəbəkəsi hər kəsi gender problemlərindən biri olan qayğının müzakirəsinə dəvət edir.
Spiker Humay Axundzadə Bakı Dövlət Universitetində psixologiya ixtisası, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Azərbaycanda ailənin gender nizamı, yerli və xarici ev xidmətçilərinin əməyi, qocalara ailə qayğısı və onun kommersiallaşması və s. mövzularda tədqiqatlar həyata keçirmişdir.
Görüşdə qayğı sosiologiyasının aktual məsələlərinə aydınlıq gətiriləcək: qayğı bir fəaliyyət növü kimi nə deməkdir, nəyə görə onu daha çox məhz qadınlar həyata keçirir, qayğının komponentləri hansılardır, qayğı ilə bağlı peşələr (dayə, tərbiyəçi, tibb bacısı və s.) niyə az prestijlidir, bu və ya digər cəmiyyətdə qayğı praktikalarının formalaşmasına hansı amillər təsir edir, onun feminizasiyasına təsir göstərən sosial mexanizmlər hansılardır, “qayğı zirehi”, “qayğı penaltisi”, “qlobal qayğı zəncirləri” nə deməkdir, müasir cəmiyyətdə qayğını və qayğı çəkən insanları necə dəyərləndirmək lazımdır. Habelə qayğıya dair akademik feminizm və feminist əxlaq fəlsəfəsi çərçivəsində formalaşmış yanaşmalara toxunulacaqdır.
Tarix: 5 aprel 2019
Saat: 18:50- 20:15
Məkan: Baku IdeaLab.
Qeyd edək ki, təlimdə iştirak qeydiyyatsız və ödənişsizdir.
Layihə koordinatoru: Tacəddin Poladzadə
Əlaqə nömrəsi: 0553165455
MİL Şəbəkəsi gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.
Əlaqə üçün:
facebook: MİL şəbəkəsi
twitter: MİL şəbəkəsi
e-mail: [email protected]