Every country in Eurovision 2019, ranked by LGBTI equality
See the full list and performances for each country
07/Apr/19
6873
2019-cu il Avroviziya Mahnı Müsabiqəsində kimə dəstək olardınız?
Şübhəsiz ki, ölkələri öz mahnılarına görə dəyərləndirmək lazım, amma bütünlükdə nəzərə alınası başqa nüanslar da var - və bu da səbəbi:
Qalib gəlməsi üçün səs verdiyiniz ölkə gələn il müsabiqəyə ev sahibliyi edə bilər. Və əgər siz hamıya açıq və hər kəs tərəfindən tanınan LGBTİ fərdisinizsə, getdiyiniz ölkədə özünüzü güvəndə hiss etmək istəyərsiz.
Avroviziya 2019 indiyə qədərki ən siyasi müsabiqə illərindən biridir
Baxmayaraq ki, müsabiqənin öncəliyi maksimum şəkildə siyasi ifadələrə yer verməməkdir (müsabiqə qaydalarında qeyd olunub: siyasi anlam verən hər bir mahnı sözləri, nitqlər, jestlər və ya bənzəri çıxışlar qadağandır), ancaq builki Avroviziya 2019 indiyə qədərki ən siyasi müsabiqələrdən biri olacağına bənzəyir.
İsrailin Fələstinlə olan və uzun müddətdir ki, davam edən qarşıdurmalı əlaqələri avtomatik olaraq mahnı müsabiqəsini siyasi edir.
Əslində 60-dan çox kvir və trans-azadlıq təşkilatları Avroviziyanı boykot etməyə çağırır.
İmza toplayan təşkilatların çoxu Fələstinin kvir qruplarıdır. UNISON üçün Milli LGBT Komitəsi, Fransa və Böyük Britaniyadakı ACT UP qrupları və Gey Azadlıq Şəbəkəsi digər dəstəkçilərdir.
Bəzi aktivistlər İsrailin LGBTİ hüquqlarını "fələstinlilərə qarşı cinayətlərini gizlətmək üçün ictimaiyyətlə əlaqə vasitəsi" kimi istifadə edəcəyindən qorxurlar.
Ancaq builki dörd aparıcıdan biri olan israilli gey Assi Azar boykotun "nifrət mesajı" göndərdiyinə inanır.
Avroviziyada yarışan hər bir ölkənin daxili siyasi vəziyyəti haqqında məlumatlı qalmaq vacibdir.
Bu səbəbdən, LGBTİ bərabərliyinin təmin olunduğu ən qabaqcıl ölkələri təyin etmək üçün ILGA-Europe təşkilatının 2018-ci il LGBTİ dostluq siyahısından (qeyri-Avropa ölkələri üçün Spartacus Gay Travel Index 2019-un köməyi ilə) istifadə etdik.
Hər ölkənin builki performansının da təqdim olunduğu, ən pisdən ən yaxşıya doğru siyahı:
1. Malta
Malta açıq şəkildə builki Avroviziya yarışanları arasında LGBTİ haqqlarına görə ən öndə olan ölkədir. O, ən yüksək 94,04% balla digər ən öndə olan 78,76% bal toplamış ölkəni kölgədə qoyub.
Cənubi Avropada ada ölkəsi olan Malta eynicinsli nikah, bərabərlik razılığı, anti-diskriminasiya qanunlarına və transseksual hüquqlarına sahibdir. Hətta qanköçürmə zamanı kişilərlə cinsi əlaqədə olan kişilərin qanından da istifadə olunur.
Maltadakı yeganə çatışmazlıq gey cütlüklərin daşıyıcı analara müraciət edə bilməməsidir, lakin bu qanun cinsi oriyentasiyasından asılı olmayaraq hamıya aiddir.
2. Belçika
3. Norveç
4. Birləşmiş Krallıq
5. Finlandiya
6. Fransa
7. Portuqaliya
8. Danimarka
9. İspaniya
10. İsveç
11. Niderland
12. Avstraliya
13. Almaniya
14. İsrail
15. Avstriya
16. Yunanıstan
17. İrlandiya
18. İslandiya
19. Xorvatiya
20. Sloveniya
21. Macarıstan
22. Estoniya
23. İsveçrə
24. Monteneqro
25. Albaniya
26. Serbiya
27. Çexiya Respublikası
28. Kipr
29. İtaliya
30. Gürcüstan
31. Rumıniya
32. Ukrayna
*Ölkənin diktoru və müğənni Maruv arasında siyasi anlaşmazlıqlar yarandığına görə, Ukrayna 2019 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.
33. Litva
34. Polşa
35. Latviya
36. Şimali Makedoniya
37. Belarus
38. Moldova
39. San-Marino
40. Rusiya
41. Ermənistan
42. Azərbaycan
Hər kəsə açıq LGBTİ fərdi kimi yaşayan biri üçün builki Avroviziya ölkələri arasında Azərbaycan aydın şəkildə ən pisidir.
Eynicinsli seksual akt və bərabər yaş razılığı leqal olsa da, ölkədə anti-diskriminasiya, homoseksual cütlüklərin hüquqları, eynicinsli nikah qanunları yoxdur. Ölkədə həmçinin transgender hüquqları, eynicinsli cütlüklər üçün daşıyıcı analıq və övladlığa götürmə hüquqları yoxdur.
Səlahiyyətlilər 2017-ci ildə LGBTİ fərdlərinin kütləvi həbsini həyata keçiriblər.