Horror of being loved
Sözdə hamımız sevmək istəyirik, amma qəribəsi odur ki, ən çətin şeylərdən biri də hisslərimizə qarşılıq verən, bizi həqiqətən sevən birinə qarşı bunu edə bilməməkdir.
15/May/19
3084
Niyə Bizdən Xoşu Gələn İnsanlardan Uzaqlaşmağa Çalışırıq?
Sevilmiş Olmağın Dəhşəti.
Sözdə hamımız sevmək istəyirik, amma qəribəsi odur ki, ən çətin şeylərdən biri də hisslərimizə qarşılıq verən, bizi həqiqətən sevən birinə qarşı bunu edə bilməməkdir.
Bizə sevgisini zəif, ehtiyaclı, qorxaraq, ya da qüsurlu şəkildə göstərən insanlara qarşı eynisini hiss etməmək və onların canayaxınlığından boğaza gəlmək, bizi qucaqlayıb oxşama istəklərindən geri çəkilmək, duyğulu sözlərinə, haqqımızda ən xırda cazibəli şeyi belə tapıb şişirtmək bacarıqlarına qatlaşmaq dəhşətli dərəcədə çətin ola bilər.
Qarşılıqsız sevgi olanda bundan daha asan idi: haçan ki, bizim əsas qayğımız kiminsə bizim fərqimizə varmadığı olmuşdu. Hər nə qədər bunu dostlarımıza deməsək də, bizimlə heç vaxt tam uyuşmamış, gözü daim başqa yerdə olan, bizi kiçik görən insanla olan sevgi münasibətimiz belə indikindən daha asan idi.
Amma indi heç şübhəsiz, həyatımızda bizi həqiqətən sevən biri peyda olub, lakin içimizdə bir problem var. Əlbəttə ki, ilk başlarda hər şey çox gözəl idi, amma indi bu adam dürüstcə bizi həqiqətən istədiyinə əmin edib və bizdə bir az pis olmuşuq.
Ona səhv anladığımızı, onun düşündüyümüz qədər heyranedici biri olmadığını deməyə başlayırıq. Əslində isə əsl problem bu insanda yox, başqa şeydədir: bizim özü-özümüzlə olan münasibətimizdə.
Onların sevgisi şübhəli, anlaşılmaz və bir az da iyrənc görünür, çünki bir dərəcəyə qədər bu öyrəşdiymiz bir şey deyil axı, və bundan əlavə, özümüz haqqımızdakı fikirlərimizlə də uyuşmur.
Sevilə biləcəyimizdən əmin olmayanda sevgini almaq çətin olur. Bizlər bizi acı çəkdirərək eyni hiss etdirəcək insanları axtarmağa çox vaxt sərf edirik. Və bu nəzakətli adamın nəyisə qaçırdığını sanmaq adi hala çevrilməyə başlayır və əgər belədirsə, bəlkə də bizi ağrılı, amma psixoloji baxımdan “məmnunedici” halda buraxması üçün, bizim düşündüyü kimi yaxşı insan olmadığımıza onu əmin etmək üçün ona qarşı iyrənc davranmağa başlamağın vaxtıdır.
Qısacası, bir insan necə yaxşı biri ola bilər, əgər onun bizi seçəcək gədər pis zövqü varsa?
Amma özümüzə başqa fikirləri də düşünməyə icazə verməliyik: bəlkə də almaqda olduğumuz sevgi bizi sevən bu nəzakətli insanın zəif, və ya səhv, ya da başqa seçimi olmadığı mənasına gəlmir. Bəlkədə bu adam, acılı da olsa, bizim içimizdə olan, amma özümümüzün hələ ki fərqinə varmadığımız və heç vaxt KİMLƏRSƏ tərəfindən fərqinə varmağa icazə vermədiyimiz bir şeyi tapıblar: biz sevilməyə layiqik.
Yenə də ümid var: ümüd var ki, biz sevgilimizə özümüzü məhv edən gərgin düşüncələrimizdən daha çox inana bilərik. Biz onun sevgisinin onun zəifliyinin, ya da yanılmasının bir əlaməti kimi yox, bizə olan təbii sevgisi kimi, hansı ki, keçmiş həyatımızın bunu görməyə əngəllədiyi bu insan sayəsində - bir az cəsarət, bir az da inamla - yenidən oyanmağa başlamış kimi düşünə bilərik. Biz içimizdə xüsusi bir şey tapan insalara qarşı hər zaman qarşı çıxmağa məcbur deyilik.
Tərcümə: N. Novruzov
Mənbə: The School of Life / https://www.youtube.com/watch?v=BqyChjVdM3E