Azərbaycan kinosunda qadın


Kinotənqidçi Sevda Sultanova oktybarın 11-i saat 19:00 da bizimlə olacaq. Birlikdə Azərbaycan kinosunda qadın mövzusuna toxunacayıq. Çıxışda milli kinomuz yaranandan bugünədək filmlərimizdə rejissorların hansı qadın obrazlarını necə canlandırmağından, qadının cəmiyyətdə yerinin hansı baxış bucağından verilməsindən,  müasir kinoda yeni qadın tiplərinin yaranıb-yaranmamasından danışılacaq. Eyni zamanda milli kinomuzun qadına münasibətdə kişimərkəzçi mövqeyinin,  filmlərdə qadının ikinci statusda olmasının səbəblərindən söhbət açılacaq.
Hər birinizi aramızda görməkdən məmnun olarıq!

Giriş ödənişsiz, qeydiyyat isə vacibdir!
Qeydiyyat üçün əlaqə nömrəsi: +994553235071

Ünvan: Urbanica