Why the language of media matters?
“İstər müstəqil, istər müxalif, istərsə də iqtidar media olsun, media bir güc vasitəsidir və cəmiyyətdə dominant fikirlərin formalaşmasında birbaşa rolu var.”
01/Nov/19
2984
Mətbuatın seçdiyi dil nə üçün önəmlidir?
“İstər müstəqil, istər müxalif, istərsə də iqtidar media olsun, media bir güc vasitəsidir və cəmiyyətdə dominant fikirlərin formalaşmasında birbaşa rolu var.” Nitqini bu fikirlə başlayan Əkinçinin növbəti qonağı Leyla Həsənova Azərbaycan mediasının dili və onun cəmiyyətə verdiyi mesajlar haqda danışdı.
Türkiyənin Marmara universitetinin magistr məzunu olan Leyla bir müddət öncə Mətbuatın Gender Monitorinqi layihəsinin həmtəsis edərək, ölkə mətbuatının istifadə etdiyi dili, o cümlədən, müxtəlif tanınmış insanların sosial mediada yazı tərzini təhlil etməyə başlayıb.
Leyla bildirir ki, Azərbaycan mediasının qısa təhlil kifayətdir ki, məqalələrdə və başlıqlarda mizojenist, seksist, homofobik və irqçi mesajlara rast gələ biləsən. Qonağımız bu cür yazı tərzinin cəmiyyətdə formalaşan fikrə birbaşa təsir etdiyindən, onların müəyyən edilərək, tənqid edilməsini vacibliyini qeyd etdi.
Çıxışının sonunda Leyla medianın cinsindən, yaşından, irqindən və o cümlədən cinsi kimliyindən asılı olmayaraq, heç kimin ayrı-seçkiliyə məruz buraxılmadan təqdim edilməsinin və bu yanaşmanın bütün media orqanlarının nizamnaməsində olmasının vacibliyini vurğuladı.
Mənbə: Əkinçi