Oysho markasının reklamında kuir cütlük 


Oysho ispan markası trikotaj və kəşmir ev geyimlərinə həsr olunmuş yeni inklüziv reklam kampaniyasını buraxdı. Lukbukun çəkilişində və videoda real insanlar - Daun sindromlu qadın, LGBTQ cütlük, bir neçə bacı, ana və qızı, eləcə də müxtəlif yaşlardan olan digər qəhrəmanlar iştirak edir.