Məşhur viner və aktyor Taleh Yüzbəyov "Əyri Xətt" onlayn verilişinin qonağı olub. Aparıcının fərqli mövzularda suallarını cavablandıran Taleh Yüzbəyov həmçinin homoseksuallara qarşı mövqeyini də ifadə edib. O deyib ki, vaxt keçdikcə homoseksual insanları şəxsən tanıması onun fikirlərini dəyişdirib və insanların yaxşı və ya pis olmasının onların oriyentasiyasından asılı olmadığını başa düşüb. Bu sualın verilməsi də təsadüfi deyildi. Çünki, bir neçə il öncə Taleh sosial mediyada homoseksuallar haqqında neqativ fikirlər səsləndirmişdi.

 Müsahibənin tam  hissəsini sizə təqdim edirik.