My local Hornet experiences
Hornetdən istifadə edən hər kəs bilir ki, bir çox hallarda bu sayt geylərin çox köməyinə çata bilər.
11/Jan/21
3203
Yerli Hornet təcrübəm
Hornetdən istifadə edən hər kəs bilir ki, bir çox hallarda bu sayt geylərin çox köməyinə çata bilər. İstifadə etdiyim son 5 il ərzində mən Hornetdə çox şeyin şahidi olmuşam və minlərlə oğlanla danışmışam. Ona görə də bilirəm ki, faydalı olduğu qədər, Hornet təhlükəli də ola bilər. Bu yazıda danışdığınız oğlanın real və təhlükəsiz olduğunu yoxlamaq üçün sizi özümün də istifadə etdiyim bəzi texnika və qaydalarla tanış edəcəm.
Bilməyənlər üçün qeyd edim ki, Hornet əsasən Rusiyada və post-sovet ölkələrində geniş yayılan gey kişilər üçün sosial şəbəkədir. Burdan istifadə edərək siz sadəcə virtual söhbət edə, dostlar, tanışlar qazana, gələcək ərinizlə tanış ola və ya sabahkı qrup seks üçün 5-ci nəfəri tapa bilərsiz. Hornet Azərbaycanda ən geniş yayılmış gey saytlarından biridir və bura hərə bir məqsədlə girir. Saytı təhlükəli edən də budur.
Hornet istifadə etməyin ən təhlükəli tərəfi sizin şəxsi informasiyanızı başqa insanların pis niyyətli əllərinə verməkdir. Deməyə ehtiyac yoxdur ki, onlar bundan istifadə edərək sizi şantaj edə bilərlər. Bundan başqa, sizin şəkilləriniz və məlumatlarınız homofob qrup və səhifələrdə paylaşıla da bilər. Əvvəlcə anlamaq lazımdır ki, belə bir hərəkət edən insan heç də psixi sağlam deyil və bununla mübarizə yolları var. Məsələn keçən il Hornetdə bəyənməyib rədd elədiyim bir nəfər “petuxlar.az” adlı instaqram səhifəsi açıb,mənim və ona yox cavabı verən digər hər kəsin şəkillərini paylaşmışdı. O səhifə tezliklə silinsə də, məni öz online hərəkətlərim barədə düşünməyə vadar elədi. Belə səbəblərə görə qərar verdim ki, Hornetə üzüm aydın düşən şəkillərimi açıq qoymayım. Hornetin yaxşı funksiyalarından biri gizli şəkil yükləməyin mümkün olmasıdır. Ancaq sizin icazənizdən sonra müəyyən profil həmin gizli şəkilləri görə bilər. Siz bu icazəni istədiyiniz an ləğv edə bilərsiniz.
Ancaq qarşınızdakı adamın axtarışınıza uyğun olduğunu aydınlaşdırdıqdan sonra ona şəkil göndərin. Bəlkə ümumiyyətlə sizinki alınmayacaq? Hornet tanışlıq proqramı olduğuna görə onu şəkilsiz istifadə etmək mümkün deyil. Mən özüm də şəkil atmayan oğlanlar görəndə az qala cin atına minirəm. Amma mən də artıq əvvəlkindən fərqli olaraq, öz şəkillərimi ora açıq şəkildə yükləmirəm.
Yüklədiyiniz və paylaşdığınız şəkillərin məzmununa diqqət edin. Yüz faiz əmin ola bilərsiniz ki, göndərdiyiniz şəkillər skrinşot olunur və saxlanılır. Hətta siz o şəkli göndərib tez silsəniz də, skrin götürmək üçün 1 saniyə vaxt lazımdır və siz kiməsə şəkil göndərirsinizsə/göstərirsinizsə, həmin şəklin başqasının telefonunda olmasından narahat olmayacağınız şəkil göndərin. Məsələn, ictimai məkanda çəkilən və digər sosial şəbəkələrdə paylaşdığınız şəkilləri rahat göndərə bilərsiniz. Həmin problemli oğlanın paylaşdığı şəkildə mən Filarmoniyada idim. Ona görə heç narahat olmadım ki, bu şəkil məni təhlükəyə atar. Amma mən əgər Avropanın gey barlarında oğlanların qucağından düşmədiyim vaxtlarda çəkilən şəkillərimdən qoysaydım, əminəm ki, atamı bir az utandırmış olardım.
Əgər kimsə öz üz şəklini göndərmirsə, dəqiq əmin ola bilərsiz ki, həmin insanla danışmağa dəyməz. O insan necəsə problemlidir. Məsələn, mən bir kişiylə tanış oldum və o dedi ki, guya 26 yaşı var və aeroportda işləyir. Neftçilər metrostansiyasında onunla görüşdüm və gördüm ki, onun əslində sabah-birigün 40 yaşı tamam olacaq. Mən onun göndərdiyi şəkildə bunu başa düşməmişdim, çünki orda üzünün yarısını örtmüşdü. Təbii ki, mən görüşmədim və onu hər tərəfdə bloka atdım. Eynilə başqa bir kişiylə görüşmüşdüm və mənə demişdi ki, 31 yaşı var. Görüşəndə aydın oldu ki, əslində yaşı 38-dir və göndərdiyi şəkil köhnədir. Qocalsa da, çox qəşəng bala olduğuna görə onu evə dəvət etdim. Sonra özüm-özümə qərar verdim ki, yaşlı kişilərlə mənimki qurtardı.
Sizə kimsə şəkil göndərəndə 50% şans var ki, o şəkil reallığı əks etdirmir. Ya çox köhnədir, ya da başqasının şəklidir. Ona görə həmişə instaqram istəmək və ordakı şəkillərə baxmaq yaxşı fikirdir. İnstaqram vermirsə, əlavə şəkil istəyin. Mən dəfələrlə, DƏFƏLƏRLƏ şəkillərdə çox yaraşıqlı olan, amma real həyatda göndərdiyi şəkillə 1% oxşarlığı olmayan insanlarla görüşməli olmuşam. Hər dəfəsində də hər ikimiz evə əliboş qayıtmışıq.
İntim şəkillərə gəldikdə isə, əgər seks üçün Hornetə girirsinizsə, mütləq göndərin və tələb edin ki, göndərsinlər. Mən artıq bir qayda olaraq, bütöv üzünü, bədənini və şeyini görməmiş, oğlanlarla görüşmürəm. Tanış olduğum oğlanın siki mənim üçün vacibdir, çünki o mənim tanış olma səbəbimdir. Bir dəfə Əhmədlidə başıma dəhşətli bir hadisə gəldi. Köhnə evimdən bəzi əşyaları götürmək üçün ora qayıtmışdım və yolda qonşuluqda yaşayan oğlanla mesajlaşdım. Razılaşdıq və yolüstü onunla görüşdük. Göndərdiyi şəkil 5 il əvvəl əsgərlikdə bədən yığanda çəkdirdiyi şəkil olsa da və indi işlədiyi pivəxanada içdiyi pivələrin təsiri qarnından aydın nəzərə çarpsa da, mən onun super şeyi olduğunu fikirləşirdim və böyük ümidlərlə köhnə evimə yola düşmüşdüm. Yolda bir neçə səviyyəsiz zarafat eləsə də, mən onu görməzdən gəldim. Amma evə gəlib görsəm nə yaxşıdır? Dəhşət! O mənə başqasının əjdaha penisini göndərmişdi və özü ona zərrə qədər oxşamırdı. Onu da orda yola verdim.
Təcrübəli biri olaraq deyirəm ki, Hornetdən rahatlıqla istifadə edə bilərsiniz. Burda ən geniş rastlanan təhlükə vaxtınızı boş yerə itirmək ola bilər. Danışdığınız və real görünən insanlar əslində yalançı ola bilər və yoxa çıxa, görüşə razılaşıb sizi gözlədə, görüşməyə getsəniz, vaxtınızı itirə bilərsiz. Bu saytdakı ən əsas məqsədiniz danışdığınız insanların real olduğunu dəqiqləşdirməkdir. Hornetdə yaranan tanışlıqları WhatsApp-da davam etdirə bilərsiz. Fikri ciddi olmayan adam öz nömrəsini və digər kontakt informasiyasını paylaşmaq istəmir. Ancaq bundan sonra nə əxlaqsızlıq və günah iş varsa, birlikdə batil ola bilərsiniz. Nömrənizin başqasının əlinə keçməsindən narahat olmayın. Əslində danışdığınız və görüşdüyünüz insanlarının əlaqə məlumatlarının sizdə olması təhlükəsizilik sarıdan da vacibdir.
Azərbaycanda vəziyyət pis olsa da, bu illər ərzində Hornet mənə real təhlükə törətməyib, amma təbii ki, bəzi istisnalar var. Tanımadığınız şəxslərlə görüşəndə belə risklər əslində həmişə olur. Bir dəfə görüşdüyüm oğlan məni zorlamağa çalışmışdı, xoşbəxtlikdən gücü çatmadı. Bir dəfəsində də oxumuşdum ki, Sumqayıtda bir passiv görüşdüyü oğlanlarla seksdən sonra qarət olunub, fikrinin yayınmağından istifadə edib, pul kisəsini oğurlayıblar. Bir tanışımın Hornetdə tanış olub 28 Mall ətrafında görüşdüyü oğlan zəng eləmək üçün onun telefonunu götürmüş və aradan çıxmışdı. Bəzən eşidirəm ki, idmançı oğlanlar passivi evə çağırıb döyüblər və soyublar. Belə şeylər olur və cinayətkarlara qarşı diqqətli olmaq lazımdır. Onlar sizin polisə müraciət etməyəcəyinizi fikirləşib belə addım atırlar, amma əgər sizin haqlarınız pozulursa, onu ancaq polis bərpa edə bilər.
Mənim burda haqqında yazdığım və yazmadığım üsullarla manipulyasiya edən insanlar həmişə olub və olacaq. Siz isə elə olmayın. Əgər hər hansı bir təhlükədəsinizsə, sizə qarşı təzyiqlər olunursa, sizi kimsə şantaj edirsə və ya iş yerində, universitetdə, məktəbdə, məhlədə sizə qarşı ayrı-seçkilik olunursa, bununla bağlı Nəfəs LGBTİ Azərbaycan Alyansına müraciət edə və ödənişsiz hüquqi yardım əldə edə bilərsiniz. Nəfəsdə çalışan yaxşı insanlar sizin problemlərinizə mümkün hüquqi yol tapmaq, media və ya digər vasitələrlə həll etmək üçün sizə düzgün yolu göstərəcək və lazımi kontaktları verəcəklər.
Müəllif: Orxan
Powered by Froala Editor