Eurovision 2019 - semi-final allocation draw: When Azerbaijan will sing?
Eurovision 2019 semi-final allocation draw took place in Tel-Aviv tonight. And now we know which country will sing when.
29/Jan/19
4155
Bu gün Tel-Əvivdə Eurovision 2019 yarışmasının püşk atma mərasimi keçirilib. Hansı ölkənin hansı yarımfinalda çıxış etməsi və səs vermə imkanı müəyyən edilib.
Bu mərasimdən sonra Azərbaycanın ikinci yarımfinalın ikinci hissəsində çıxış etdiyi məlum olub.
Beləliklə Mayın 12-də keçiriləcək birinci yarımfinalın birinci hissəsində çıxış edən ölkələr:
- Slovenia
- Belarus
- Çex Respublikası
- Çernoqoriya
- Kipr
- Serbiya
- Finlandiya
- Polşa
- Macarıstan
Birinci yarımfinalın ikinci hissəsində çıxış edən ölkələr
- Estoniya
- Portuqaliya
- San-Marino
- İslandiya
- Gürcüstan
- Avstraliya
- Belçika
- Ukrayna
- Yunanıstan
Püşk atmanın nəticələrinə görə May ayının 14-də keçiriləcək ikinci yarımfinalın ilk hissəsində olan ölkələr
- İsveçrə
- İsveç
- İrlandiya
- Avstriya
- Moldova
- Latviya
- Rumıniya
- Danimarka
- Ermənistan
İkinci yarımfinalın ikinci hissəsində isə bu ölkələr çıxış edəcək
- Albaniya
- Azərbaycan
- Keçmiş Yuqoslaviya Dövləti Makedoniya
- Norveç
- Rusiya
- Niderland
- Xorvatiya
- Litva
- Malta
Finalda olan 6 ölkə isə bu cür səs verəcək. Birinci yarımfinalda olan iştirakçılara İsrail, Fransa və İspaniya; İkinci yarımfinalda olan iştirakçılara isə Almaniya, İtaliya və Böyük Britaniya səs verə biləcək.
Finala hər yarınfinaldan yalnız 10 ölkə keçəcəkdir.
Nəzərinizə çatdıraq ki, bu il Eurovision müsabiqəsinə düz 20 ildən sonra yenidən İsrail ev sahibliyi edəcək. Müsabiqə May ayının 14, 16 və 18-ində Tel-Əvivdən yayımlanacaq.