RUMI'S LETTERS TO SHAMS
13-cü əsrin iki böyük alimi olan Cəlaləddin Rumi və Şəms Təbrizi arasındakı münasibətlər ən qalmaqallı və ən çox danışılan mövzulardan biri olaraq qalır. Tarixçilərin və din xadimlərinin bu barədə müxtəlif mülahizələri və fikirləri var.
23/Dec/18
6472
13-cü əsrin iki böyük alimi olan Cəlaləddin Rumi və Şəms Təbrizi arasındakı münasibətlər ən qalmaqallı və ən çox danışılan mövzulardan biri olaraq qalır. Tarixçilərin və din xadimlərinin bu barədə müxtəlif mülahizələri və fikirləri var. Biz isə sizə sadəcə Ruminin Şəmsə yazdığı məktublardan birincisini teqdim etməklə məhdudlaşacağıq. Oxuyun və o sevgini özünüz anlayın.
“Səni nə hüzuru axtaranlardan, nə hüzuru tapanlardan, nə də hüzurdan qaçanlardan soruşdum. Günəşin istiliyini ən yaxşı kim izah edə bilər? İstidən hüşunu itirənmi? Yox, onun sevgisi zəifdir demək ki. Günəşə səyahət edənmi? O da deyil, nə qədər yol gedə bilər ki? Kölgəyə sığınanlardan isə günəşi heç soruşmaq olmaz.
Eşq məbədim, sahibim, söyləyə bilərsənmi ki, mənim çəkdiyim bu acıların mənası nədir? Ayrılığımızın əsrarəngizliyi qəlbimə saldığın atəşin güclənməsi üçünsə əgər, yetərincə ərimədimmi onsuzda? Elə yandım ki, sən yandıqca mən yandım, sən donduqca mən dondum.
Yenə uzaqlara qaçaraqmı məni darıxmağa məcbur edəcəkən? Boşluğa atılmış quru qərənfillər kimi sərpə-sərpə dağılır xəyalların, sən gedəndən bəri günəş də doğmur içimə. Halbuki, səninlə fəzaya çəkiləcəkdik. Saçlarım da ağarmağa başlayıb artıq. Sənsiz niyaz edəcək və mərhəmət dilənəcəyim bütün qapılar da üzümə bağlıdır. Boz və bulannıq sellərlə dolmuş ömrümün mehrab və mənbri sən ola bilərsən ancaq. Səlalar da artıq mənim üçün oxunur. Hər səhər namazı səcdədə göz yaşlarım sel olub axır, amma nə səsin gəlir, nə də nəfəsin.
Günbəgün oxunan azanlar da hüzur verməyəcək mənə, alnım alnına dəyməyənədək. Alnımda sanki Dağıstanlı atlılar üsyan edir və əllərim titrəyir bu divanəliyin tüstüsündən. Çiyinlərim də çökür səni hər düşündüyümdə. Unutma, şahəsərin olan mən hər gün bir az daha viranəyə çevrilirəm, ancaq üzünü mənə çevirmirsən. Muradım, Aləmlərin Rəbbi bu sevdanın qədrini və qiymətini heç kəsə möhtac etməsin!
Düşüncələrim ipi qırılmış təsbeh dənələri kimi dağılır sənsiz. İndi göz yaşlarımdan muncuq düzəldərdim sənə yanımda olsaydın. Sözlərim də aşıb daşır sənin haqqında yazmağa başlayanda. Yanan alnım müşviq ovuclarına necə möhtacdır bir bilsən. Anla ki, məni nə qədər alovlara atsan da, heç bir xatirəmiz külə dönməyəcək. Simurq quşu kimi öz küllərimdən yenidən doğulub, durnalar kimi qatar-qatar yoluma davam edərəm.
Gözlərimdə sənsiz yuxulardan geriyə qalan bir yorğunluq, sinəmdə udquna bilmədiyim bir sıxıntı, nəfəsim də tab gətirmir artıq zəifləmiş vücuduma. Gözlərimi tavana zilləyib təkcə səni düşünürəm. Alnımda muncuq-muncuq soyuq tərlər, səsindən başqa nə varsa bu dünyada qulağım eşitməz artıq. Göz qapaqlarım da bağlanmır, xəyalların pərdələnməsin deyə, göz yaşlarımın isə heç duzu da qalmayıb, ilıq-ilıq bu acıları dindirsin deyə.
Bir də üşümə işləyir ruhuma durmadan, qanım donur istiliyin yanımda yoxdur deyə. Bu dar sinəmin qəzasından çıxmaq istəyirəm. Sonzuz genişliklər isə sadəcə sənin iki dodağının arasındadır. Bir kəlmə söylə nə olar! Hər həccənin tinində eşitmək istəyirəm. Küləklər sovursun məni, yağışların hamısı alnıma düşsün, sınin ayaqlarını öpən qocaman bir dağ olum. Çöllər sovrulsun, dağlar aradan çəkilsin, yoxuşlar və enişlər bitsin ki, yeridiyin yollarda toz ola bilim.
Çöldəyəm susuzam,
Quyularda Yusifəm
Sözlərin mənə Züleyxa,
Atəçlərdə İbrahiməm.
Gözlərin mənə dərya,
Sancılar içində Məryəməm.
Baxışın mənə İsa,
Yaralar içində Eyyubam.
Həsrətin mənə şəfa,
Ölülər içində ölüyəm.
Əllərin mənə səcdəgah.
Ey qəlbimin nuru, düşüncələrimin və arzularımın sonu gəl, həyatımın sənin əllərindı olduğunu bilirsən,həyatı, qulları incitmə gəl. Ey eşq, ey məşuq, əngəlləri aş və inadı burax gəl. Ey dünyanın sahibi Süleyman, lütf edib bizə baş çəkmək üçün gəl. Ruhlar sənin getməyinə görə inləyib fəryad edirlər, ömünü tamamla gəl. Eyiblərini ört, yaxşılıqlarını saç, ürəyiaçıq olanların adəti də belə deyilmi, gəl. Farsca “gəl”i necə deyirlər? Biya? Ya gəl, ya da dəvətimi qəbul edib gəl. Gələcəyin zaman murada yetərəm. Gəlməyəcəyin zaman muradım kəsilər. Ey ərəbin Kürşadı, İranın Qubadı. Qəlbimi xatirələrinlə fəth edərsən, gəl. Ruhum sənə gəl deyir. Ey varlığından var olan, gəl.
Getdin, ancaq qalsaydın nə gözəl olacaqdı, getməyin nəyə yaradı ki? Sən getdin ancaq bax sənə aid olan hər şey var məndə, sənsizlik məndə. Getdin, narın ürəyim pərvanəyə döndü sənsizliyin ətrafında. Hər yalnız aşıq deyil, amma hər yanmış eşq quyusunda yalnızdır. Atəşindən deyil, atəşsizliyindən yanmışam mən. Ey eşqin səsi, nəfəsi gəl bir an əvvəl. Sussun Qiyamətin gurultusu.
Powered by Froala Editor