Hate-motivated attacks in Eskişehir and Istanbul
LGBTI+s were subjected to hate attacks in Eskişehir and Istanbul
27/Jul/22
1453
Eskişehir və İstanbulda nifrət hücumları
LGBTİ+lər Eskişehir və İstanbulda nifrət hücumlarına məruz qalıb. İstanbulda polis hücum edənləri qoruyub, Eskişehirdə isə hücum edənlər bozqurd işarəsi tutublar.
Polisin Qürur Yürüşlərinə hücumundan bir ay keçməmiş Eskişehir və İstanbulda nifrət hücumları baş verib.
Hücum edənlərə polis müdafiəsi
İyulun 21-i axşam saat 9 radələrində İstanbul Kadıköy Yeldeğirmenində evlərinə doğru gedən 4 LGBTİ+ hücuma məruz qalıb. LGBTİ+lər bir kişinin tacizkar baxışlarına və təqibinə reaksiya verdikdən sonra hücum edən “Bütün ibnələri (red. petuxları) məhv edəcəm, ibnələri sikəcəm” deyərək su borusu ilə LGBTİ+lərə hücum etməyə çalışıb. Az sonra məhəllədən başqa kişilər də onun yanına gələrək LGBTİ+lərə hücum ediblər.
LGBTİ+-lar iyulun 22-də məhəllədə mətbuata açıqlama vermək istəyiblər, lakin çevik polis qüvvələri məhəlləni mühasirəyə alıb. Hücum edən qrupdan olan şəxslər də polisin yanında dayanaraq gün ərzində məhəllədəki LGBTİ+ləri narahat edib.
Eskişehirdə bozqurd simvollu hücum
Şənbə günü, iyulun 23-ü, saat 19:30 radələrində Eskişehirin mərkəzindəki Üniversite küçəsində bir LGBTİ+ hücuma məruz qalıb. Üç nəfər əvvəlcə təhqir edib, sonra təpikləməyə başlayıb. Eyni zamanda, hücum edənlər bozqurd işarəsi tutaraq hücuma müdaxilə etmək istəyənlərin qarşısını alıblar.
Mənbə: KaosGL
Powered by Froala Editor