Reklam Şurasının H&M reklamında LGBTİ+ləri senzuraya salması ilə bağlı qərarına TTB-nin etirazı

Türkiyə Ticarət Nazirliyinin Reklam Şurasının üzvü olan Türk Təbiblər Birliyi şuranın LGBTİ+lərə senzura tətbiq etmək qərarını şərh etdiyini açıqlayıb. TTB-nin müxalif şərhi nazirlik senzurasına qarşı insan haqları dərsi olub. 

Daha əvvəl göy qurşağına +18 yaş limitini təyin edən Türkiyə Ticarət Nazirliyinin Reklam Şurası bu dəfə H&M-in "seçilmiş ailə" reklamını dayandırıb.

İdarə Heyətinin üzvləri arasında yer alan Türk Təbiblər Birliyi (TTB) senzura qərarına səs vermədiklərini açıqlayıb.

TTB açıqlamasında Türkitə Ticarət Nazirliyinin rəsmi internet saytında yer alan qərar hesabatında fərqli şərhə yer verilmədiyini xatırladaraq, “Qərarın yekdilliklə qəbul edildiyi görüntüsü yaradılıb. Halbuki, Türkiyə Təbiblər Birliyi də (TTB) daxil olmaqla, 8 əleyhinə 10 lehinə səslə qərar qəbul edilib,” - deyib. 

Birlik müxalif şərhin bütün mətnini də ictimaiyyətlə bölüşüb. TTB öz şərhində, “LGBTİ+ şəxsiyyəti təklif və təşviq yolu ilə inkişaf edən/inkişaf etdirilə bilən bir xüsusiyyət deyil. Eynilə heteroseksual və cisgender olmaq kimi bir kimlikdir,” deyərək Türkiyə Ticarət Nazirliyinə insan haqları dərsi verib və yalnış inancların həqiqətlərini sadalayıb.


Mənbə: KaosGL


Powered by Froala Editor