What is heteronormativity? - Second Part
Heteronormativity is a colonial understanding
21/Aug/22
1834
Heteronormativlik nədir? - İkinci Hissə
Heteronormativlik kolonial bir anlayışdır. Britaniya və İspaniyanın müxtəlif ölkələri və Yerlilərin torpaqlarını müstəmləkəyə çevirməsindən öncə genderi spektr olaraq mənimsəyən toplumlar və mədəniyyətlər vardı (və hələ də olmağa davam edir). "Seksual müxtəliflik tarixən Yerli xalqlar arasında istisna deyil, norma olmuşdur". Yüzlərlə müxtəlif Yerli mədəniyyətində qeyri-binar kimliyin, qeri-monoqam münasibətlərin və seksuallığın axıcı olduğunun sübutları vardır. Heteronormativlik qanunvericilik və ictimai diskriminasiya yolu ilə insanların boğazını sıxmağa başlayıb (və hələ də elədir).
Cins və gender ayrı-seçkiliyi müstəmləkəçiliyin köklərindən gəlir, hansı ki, bunlar kapitalizm, rasizm və dini tiranlıqdır. Sinif sistemi içində cins və gender əsaslı ayrı-seçkilik yayğındır; evsiz qeyri-kuir gənclə müqayisədə daha çox evsiz LGBTIQ+ gənc var. Buna daha geniş perspektivdən baxsaq, evsiz qeyri-kuir gəncdən daha çox evsiz LGBTIQ+ yetkin insan var.
Heteronormativlik şüurlu və ya şüursuz olaraq toplumlarımızda kök salmışdır. Mediada, yəni, filmlərdə, uşaq hekayələrində, TV seriallarında və s. heteronormativlik daxilində identifikasiya olunmayan insanların bariz bir şəkildə təmsil edilmə əskikliyi var. Bir də gender rollarının yaratdığı fərziyyələrə əsaslanaraq fərqində olmadan mənimsədiyimiz daha az aşkar olan heteronormativ davranışlar vardır. İnsanlar adətən digərlərinin seksuallığını onların hansı dərəcədə maskulin və ya feminin olmasına əsasən fərz edir. Məsələn, heteronormativlik bizə özünü lezbiyan olaraq identifikasiya edən qadınların maskulin olmalı olduğunu deyir. Heteronormativlik bizi kişilərin maskulin, qadınların feminin olduğunu düşünməyə şərtləndirib və kriteriyalara uyğun gəlməyən hər kəs toplumun məntiqli olduğunu düşündüyü yerə yerləşdirilib.
Toplumun hər kəsi daxilində həbs etməyə çalışdığı müəyyən kateqoriyalardan bəhs etmişkən, heteronormativlik həmçinin gender rollarını da möhkəmləndirir. Gender rolları - feminin və maskulin özəlliklərin qavramlarıdır. Bu rollar cisgender kişi və qadınların heteronormativ ideallarını müəyyənləşdirən sosial gözləntiləri təmsil edir. Onlar insanların dominant kultural normalar daxilində uyğunlaşmaq üçün nizamlı şəkildə öhdələrinə götürdükləri davranışları öyrənmişdir. Hazırki icmalar müxtəlif seksuallıq formaları və gender kimliklərini on il öncəsinə nəzərən daha asan qəbul etsə də, gender rollarına uyğunlaşmayan insanları əhatələyən stiqmalar hələ də mövcuddur. Bu geridəqalmış qavramlar aradan qaldırılmadığı müddətcə seksual oriyentasiya və gender bərabərliyi uğrunda mübarizənin bitməsindən çox uzağıq.
Gender rolları kulturaldır.
Seksual oriyentasiya və gender kimliklərinin müxtəlifliyi haqqında təsəvvürlərin olmaması ona gətirib çıxarır ki, cəmiyyətdə heteronormativlik standarta çevrilir.
Bu hal heteronormativliyin gələcək nəslin zehnində daha çox kök salmasına səbəb olduğuna görə bu, uşaqlar üçün xüsusilə təhlükəlidir. Uşaqlar gördüklərini mənimsəyir və təqlid edir, həmçinin onlara öyrədilən şəkildə davranırlar.
Mediada gey və trans təmsilçiyi "bir uşağı geyə çevirmir". Bu, ümumiyyətlə həmin formada çalışmır. Əgər bir uşaq heteronormativ bir cəmiyyətdə özünü gey, trans və ya digər bir kimliklə identifikasiya edirsə, istehlak etdikləri media və böyüdülmə formaları onları mütəmadi şəkildə olmadıqları bir kimliyə məcbur etdiyi üçün mental və emosional sağlamlıqlarına zərərlidir.
Heteronormativ bir cəmiyyət LGBTIQ+lərin mental sağlamlıqla bağlı heteroseksual və cisgender insanlardan daha çox əzab çəkməsinin səbəbidir. GQ jurnalının oxucuları arasında keçirdiyi sorğuya əsasən, "2019-cu ildə gey, biseksual və trans kişilərin 45%-i həyatın yaşamağa dəymədiyini düşünərkən, eyni zamanda 34%-i də öz həyatlarına son verməyi düşünüb və 5%-i həqiqətən cəhd edib." Zorakılıq burada bitmir - LGBTIQ+ gənclərin fiziki hücuma məruz qalma ehtimalı iki dəfə daha çoxdur. Müəyyən bir kateqoriyaya uyğunlaşmaq üçün mütəmadi təzyiq olunur və bunu etməyənlər təməl insan hüquqlarının məhdudlaşdırılmasına məruz qalır.
LGBTIQ+ icması daxilində gey kişi və qadınlar adətən "gey olmaq üçün" toplumun "qarşı/əks" genderə aid etdiyi gender rolları ilə identifikasiya etmək lazım olduğuna dair cahil fikirlərlə qarşı-qarşıya qalır. Məsələn, insanlar adətən lezbiyanların sadəcə tüklü, əsəbi, hipermaskulin dayklar olduğunu və toplumda uyğun yerləşdirmələri olmadığını düşünür. Lezbiyanlar qadın olaraq qəbul edilmədiyi kimi, eyni zamanda kişi olaraq da qəbul edilmirlər. Nümunə olaraq, cisgender-heteroseksuallar adətən öz iş yoldaşlarının gey olduğunu aydınlaşdıranda şok olurlar, çünki onlar gey "görünmür" və ya "davranmır".
Heteronormativ cəmiyyət "fərqlənən" insanlara qarşı qərəz və önyarğını möhkəmləndirir. Heteronormativlik daxilindəki gender rolları səbəbindən, bir insanı bir kateqoriyaya aid etmək mümkün olmayanda, onun ya əks tərəfə aid olduğunu, ya da əcaib şəkildə çıxdaş edildiyini düşünmək "təbii"dir.
Davam Edəcək…
Tərcümə: Raven
Mənbə: femmagazine.com
Powered by Froala Editor