Feminist Sülh Kollektivi radikal sülh çağırışı edib

Feminist Sülh Kollektivi Ermənistan və Azərbaycan sərhəddində baş verən son eskalasiya ilə əlaqədar radikal sülh çağırışı edib. Çağırışda bildirilir ki, 30 ildən çoxdur davam edən və 2020-ci ildən bəri güc dinamikası dramatik dəyişən bu münaqişənin Azərbaycandakı və Ermənistandakı hakim sinif üçün nə qədər alət olduğu ilə bağlı şübhə yoxdur. Kollektiv Azərbaycan və Ermənistan hakimiyyətləri arasında aparılan danışıqların maço-maskulinist və elitist olduğunu vurğulayıb. 

Feminist Sülh Kollektivi müharibəyə qarşı birləşməyə çağırıb:

“Bizi ümidsiz və gücsüz vəziyyətə salan bu və bundan daha pis gələcəkdəki böhranlar üçün təcili birliyə ehtiyacımız var. Bu birlik imperialist oyunlara, müharibələrə, hərbi əməliyyatlara və çıxılmaz vəziyyətdə qalan danışıqlara radikal etirazını bildirərək mövcud daxili və xarici siyasi razılığı dağıda bilər. Azərbaycan hakimiyyətinin təcavüzünü dayandırmasını və hər iki hakimiyyəti məsul tutmağın, xalq diplomatiyasını və sülh quruculuğunu tələb etməyin vaxtıdır!”


Çağırışın tam mətnini keçiddən oxuya bilərsiniz. 

Powered by Froala Editor