Avropa Qürur Yürüşü
Avropa Qürur Yürüşü Balkanlarda – Serbiyanın Belqrad şəhərində baş tutan ilk Avropa Yürüşü idi
24/Sep/22
1612
Avropa Qürur Yürüşü
Avropa Qürur Yürüşü Balkanlarda – Serbiyanın Belqrad şəhərində baş tutan ilk Avropa Yürüşü idi.
Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev Avropa Yaşılları Partiyasının dəstəyi ilə EuroPride EPOA – Avropa Qürur Yürüşündə iştirak edib və yürüşün necə keçdiyi barədə fikirlərini Nəfəs LGBTİ ilə bölüşüb.
Qürur Yürüşü müxtəlif qurumlardan gələn bir çox maneələrin şahidi olub: əvvəlcə Serbiyanın prezidenti tədbiri ləğv edib, sonra qismən açıq lezbiyan Baş nazir Avropa Qürur Yürüşünü açıq şəkildə dəstəkləyə bilməyib, daha sonra polis, yəni DİN tədbiri qadağan edib. Ən son anda Baş nazir Qürur Yürüşündə iştirak edəcək şəxslərin təhlükəsizliyini təmin ediləcəyinə, güman edilən təhlükəsizlik məsələləri səbəbiylə marşrut dəyişdirilməsi qarşılığında yürüşün baş tutacağına əminlik verib.
Pan-Avropa Qürur tədbiri “Beynəlxalq İnsan Haqları Konfransı” zamanı “Aİ sevgi üçün” qeyd edilən stendi ilə Aİ tərəfindən dəstəklənib. Bununla belə, mən inanıram ki, Avropa Birliyi “SEVGİ”ni dəstəkləmək əvəzinə, seçilmiş nümayəndələr, hökumət rəsmiləri, polis və ifrat sağçı etno-millətçi dini qruplar tərəfindən AVROPAda, Avropa Birliyinə namizəd dövlətdə açıq şəkildə pozulan sərbəst toplaşmaq azadlığı, demokratiya və ümumilikdə insan hüquqlarının müdafiəsinə qalxa bilərdi.
Mənim üçün bu, bir daha “LGBTİ+lər və LGBTİ+ insan haqlarından geosiyasi oyunlar üçün alət kimi istifadə etmək” olub və 17 sentyabrda Belqradda yürüşdə iştirak edən cəsarətli LGBTİ+lər özlərini növbəti dəfə pro-Avropa liberal demokratiyaları və etno-millətçi, mühafizəkar, “Avropa ənənəvi xristian dəyərləri” tərəfdarları arasındakı savaşda tapdı. Bu geosiyasi qarşıdurmanın bədəlini ilk olaraq Balkanlarda, eləcə də Cənubi Qafqazda LGBTİ+lər ödəyirlər. “Avropa Qürur Yürüşünü ləğv etmək və qadağan etmək” hazırkı prezident Vuçiçə yürüş edən cəsarətli etirazçılardan daha çox güc verdi. Vuçiç Avropa Qürur Yürüşünün qalibidir, çünki elə görünürdü ki, o, “özəl əyləncənin həyata keçirilməsinə” icazə verib və bütün xalqı ölkə xaricindən idxal olunan “əxlaqsızlıqdan” qoruyub. O, Serbiyada kuirfobik, ifrat sağçı hərəkatların çiçəklənməsinə imkan verən “struktural bərabərsizliklər və sosial, siyasi və iqtisadi münaqişələrdən” yayınmağın qalibidir.
Sonda demək istərdim ki, nə qədər qorxulu olsa da, nə qədər təhlükəli olsa da, Belqradda yürüş edən 10 mindən çox LGBTİ+ və müttəfiqlərimiz ilə fəxr edirəm!
LGBTİ+lərin və LGBTİ+ insan hüquqlarının geosiyasiləşdirilməsinin faktiki mübarizəni, sosial, siyasi və iqtisadi münaqişələri xalça altına süpürdüyünü xatırlamaq çox vacibdir.
Döyüşlərdə qalib gəlmək üçün radikal həmrəyliyə ehtiyacımız var!
Powered by Froala Editor