Erdoğanın Türkiyə konstitusiyasında ailə dəyişikliyi ilə bağlı açıqlaması

Türkiyə Cümhuriyyəti Prezidenti Erdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kılıçdaroğlunun hicabla bağlı çıxışına cavab olaraq, "LGBT ilə ailə quruluşumuzu degenerasiya etməyə çalışdılar," deyib.

Türkiyənin Ədliyyə Naziri Konstitusiyada LGBTİ+lərə qarşı diskriminasiyanı nəzərdə tutan qanun layihəsi üzərində işləməyə başlayıb.

“Ailə anlayışı bizim üçün artıq əvəzolunmazdır. Çünki güclü millət güclü ailədən yaranır. İndi biz bu işi də görməliyik. Çünki son zamanlarda LGBT-ni cəmiyyətə soxublar. LGBT ilə birlikdə ailə quruluşumuzu degenerasiya etməyə çalışdılar. Belə ki, biz lazım olanı edəcəyik. Biz kimlərin LGBT-ci olduğunu onsuz da bilirik. Amma bunu da, gəlin, ailə olaraq gəlib ora qoyaq. Burada da çıxsın, görək harasını müdafiə edəcək,” - deyə Türkiyənin 12-ci prezidenti bildirib.



Powered by Froala Editor