Yaponiya addım-addım bərabərliyə doğru
LGBTİ+lərin Yaponiyanın paytaxtı Tokioda artıq partnyorluq müqavilələri imzalaya biləcəkləri bildirilib
16/Oct/22
1009
Yaponiya addım-addım bərabərliyə doğru
LGBTİ+lərin Yaponiyanın paytaxtı Tokioda artıq partnyorluq müqavilələri imzalaya biləcəkləri bildirilib. Yaponiya nikah bərabərliyini tanımayan yeganə G7 (dünyanın yeddi ən böyük iqtisadiyyatının birliyi) ölkəsidir.
Yaponiyanın paytaxtı Tokioda LGBTİ+lər artıq partnyorluq müqaviləsi imzalaya biləcəklər. Bu barədə Bloomberg məlumat verib.
Tokioda LGBTİ+ hüquqları üçün çalışan Fair təşkilatının prezidenti Soshi Matsuoka Boloomberg-ə: "Sistemin Tokioya gətirilməsi son dərəcə müsbət haldır, lakin partnyorluq kifayət deyil. Biz bərabər evlilik istəyirik," - deyib.
Ölkədə illərdir bərabər nikah hüququnun əldə olunması üçün mübarizə gedir, araşdırmalar ictimaiyyətin bərabər evliliyi dəstəklədiyini göstərsə də, Yaponiya hökuməti bərabərlik üçün bu addımı atmır.
Ölkədə nikah bərabərliyi üçün simvolik aksiyalardan biri 2019-cu ildə baş tutub. 14 fevral Sevgililər Günündə 13 eynicinsli cütlük Yaponiya hökumətinə qarşı iddia qaldırıb. İddia nikah bərabərliyinin tanınmaması səbəbilə cütlüklərə maddi və mənəvi zərər dəydiyi əsası ilə başladılıb.
Tokioda partnyorluq sistemindən faydalanmaq üçün partnyorlardan ən azı biri bu şəhərdə yaşamalı, işləməli və ya oxumalıdır. Müraciətlər onlayn şəkildə aparılacaq və müqavilələr noyabrın 1-dən qüvvədə olacaq.
Powered by Froala Editor