Eynicinsli albatrosların eşq hekayəsi

Frozen Planet II tamaşaçılarını sevgi axtaran 14 yaşlı erkək Antipod albatrosu ilə tanış edib. 


Yeni Zelandiyanın cənubundakı buzlu subantarktika sularında yaşayan eynicinsli albatrosların sevgisi ürəkləri isidib. 

Bazar günü BBC-nin məşhur vəhşi təbiət serialı Frozen Planet II tamaşaçılarını Yeni Zelandiyadan 800 mil cənub-qərbində yerləşən kiçik vulkanik adalar zənciri olan uzaq Antipod adalarına aparıb və burada aparıcı David Attenborough izləyiciləri sevgi axtaran 14 yaşlı erkek Antipod albatrosu ilə tanış edib. 

Diomedea cinsinin böyük albatroslarından biri olan erkək albatrosların boyu təqribən dörd metrə və qanadlarının genişliyi təxminən on metrə çatır. Adətən 50 il yaşayırlar. Çəhrayı dimdikləri, çəhrayı geniş ayaq torları və kiçik qara gözləri ilə bu quşlar cütləşmə ritualı başlamazdan əvvəl də sevimlidirlər.


"Yazda”, – Attenborough deyir –  "günlərin uzanması hər bir torpaq parçasını potensial çoxalma sahəsinə çevirir."

Uçan və bir neçə metr aralıda yerə enən dişiyə müraciət edən 14 yaşlı gənclə görüşürük. "Görünür, işə yarayır”, - Attenborough deyir.

Sonluq qərarvermədə vacibdir: sinxron qanad çırpma", - o davam edir, lakin sonra başqa bir erkək peyda olur, gizlicə yuxarı qalxır və qəzəbli bir qışqırıqla geniş qanadlarını açır.


"Görünür", – Attenboough deyir – "bu il onun ili deyil."

Lakin o, daha yaxından baxmaq üçün uçub yerə enən başqa bir albatrosun kiçik yumru baxışlarını tutur. Tamaşa davam edir.

"Ancaq bu, əslində başqa bir erkəkdir."


Bunun heç bir əhəmiyyəti yoxdur və quş "uyğunluğunu göstərməyə davam edir". Cütlük çəhrayı boyunlarını kəsişdirərək bir-birinin kiçik gözlərinə sevgi ilə baxır. Musiqi yüksəlir.

"Bu, hələ də həyatının qalan hissəsini paylaşacağı fərd ola bilər."




Powered by Froala Editor