ILGA Avropanın illik konfransı başlayıb
ILGA Avropa təşkilatının iki illik pandemiya fasiləsindən sonra, nəhayət ki, növbəti oflayn konfransı baş tutub
20/Oct/22
1098
ILGA Avropanın illik konfransı başlayıb
ILGA Avropa təşkilatının iki illik pandemiya fasiləsindən sonra, nəhayət ki, növbəti oflayn konfransı baş tutub.
Müxtəlif ölkələrdən 300-ə yaxın insanı bir araya gətirən illik konfransın builki ev sahibi Bolqarıstanın Sofiya şəhəridir. Tədbirin keçirilməsi hələ 2020-ci ildən planlaşdırılsa da, pandemiya qaydaları buna mane olub.
Builki konfrans “Shaping the World to Come” - Gələcək Dünyanı Qurmaq şüarı ilə 19-22 oktyabr tarixlərini əhatə edəcək. Tədbirin proqramında Rusiyanın Ukraynaya qarşı müharibəsi və onun LGBTQ+ icmasına təsirlərinə geniş yer ayrılıb. Konfransın açılış mərasimində iştirakçılar Ukrayna ilə həmrəylik ifadə ediblər.
Konfransda Minority Azerbaijan təşkilatından da nümayəndə təmsil olunur. Bu haqda daha geniş videoreportajımızı konfransın yekunundan sonra izləyə biləcəksiniz.
Powered by Froala Editor