Slovakiyadakı atışma terror kimi təsnif edilib, qatil Buffalo silahlı hücumundan ilhamlanıb

Slovakiyada LGBTQ+ məkanı qarşısında iki nəfərin öldürüldüyü atışmanın terror aktı kimi qiymətləndirildiyi bildirilib.

Oktyabrın 12-də Slovakiyanın paytaxtı Bratislavada Tepláreň məşhur LGBTQ+ barının qarşısında iki kişi güllələnib və bir qadın yaralanıb.

Polis öldürülənlərin 23 yaşlı universitet tələbəsi Matus H və 26 yaşlı Juraj V olduğunu müəyyən edib.

Hücumdan qısa müddət sonra prokurorlar "radikallaşmış yeniyetmə" tərəfindən ölümcül güllələnmənin terror aktı ola biləcəyini iddia edərək, bildirib ki, polis 19 yaşlı şübhəli şəxs Juraj K-nin nifrət motivlərinin olub-olmadığını müəyyən etməyə çalışır.

Slovakiya mediası hücumu terror aktı kimi göstərən dəlillər arasında silahlı şübhəlinin LGBTQ+ və yəhudi icmalarına qarşı nifrət dolu fikirlər səsləndirən “manifestini” də daxil edib.

Bazar ertəsi 17 oktyabrda Slovak Spectator-a görə, müstəntiq hadisəni terror kimi təsnifləşdirib.

Qəzet yazır ki, təhqiqat təsnifatın dəyişdirilməsini təsdiqləsə belə, iş məhkəməyə getməyəcək, çünki şübhəli hücum gecəsi intihar edib.

PinkNews



Powered by Froala Editor