Konya şəhərində anti-LGBTİ+ yürüşü keçirilib
Türkiyənin Konya şəhərində anti-LGBTİ+ yürüşü keçirilib
26/Oct/22
1373
Konya şəhərində anti-LGBTİ+ yürüşü keçirilib
Türkiyənin Konya şəhərində anti-LGBTİ+ yürüşü keçirilib. Bu barədə Kaos GL məlumat verib.
Kaos GL LGBTİ+ xəbər portalının verdiyi məlumata görə, Konyada bələdiyyə sədri və millət vəkilinin müşayiəti ilə anti-LGBTİ+ nifrət yürüşü keçirilib.
“LGBTİ-lərin zorakılığına qarşı böyük ailə marşı”nın iştirakçıları “Müsəlman, yatma, ailəni qoru” və “LGBTİ bəlası, ölkəmizdən rədd ol” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, başqa bir LBGTİ+ düşmənçiliyi və nifrət yürüşü Fikirdə Birlik və Mübarizə Platforması tərəfindən sentyabrın 18-i “Böyük Ailə Qovuşması” adı altında İstanbulun Saraçhane parkında keçirilib.
Powered by Froala Editor