8 MARŞ - Zorakılığa qarşı GET
Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirir.
20/Feb/19
3671
Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirir.
Həmin gün biz cəmiyyəti patriarxatdan azad etmək, səsimizi duyurmaq, kişi hegemoniyasından qurtulmaq naminə birləşəcəyik.
Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Bundan daha çox sayda zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, seksual qısnamaya və zorlanmaya məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Buna görə də qadınların öz haqları uğrunda mübarizəsini əks etdirən bu gündə biz qadınlara olan ZORAKILIĞA QARŞI GEDƏCƏYİK.
Yürüşün marşrutu Azad Qadın heykəlindən başlayaraq Xurşudbanu Natavanın heykəlinə qədər davam edəcək.
Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.
Yürüş bu problemlərə biganə qalmayan hər kəs üçün açıqdır.
Xüsusi qeyd:
Yürüşün məqsədinə uyğun gəlməyən, təxribat xarakteri daşıyan şüarların səsləndirilməsi və plakatların qaldırılması qadağandır.
Təşkilat komitəsi buna ciddi nəzarət edəcək.
Tarix və vaxt: 8 Mart, saat 14:00
Görüş yeri: Azad Qadın heykəli
Zorakılığa qarşı GEDƏK!