Qeyri-binar yanğınsöndürən öz həmkarları tərəfindən genderinə görə nifrət hücumuna məruz qalıb və boğulub

Kanadanın Ottava şəhərində qeyri-binar yanğınsöndürən öz həmkarları tərəfindən nifrət dolu hücuma məruz qaldığını iddia edib. 

Bazar ertəsi, 7 noyabrda Ottava polisi bildirib ki, Ottava Yanğın Xidmətinin (OFS) iki əməkdaşı qeyri-binar yanğınsöndürənə hücum etməkdə ittiham olunub.

CBC-nin məlumatına görə, hücum edənlərdən biri nifrət motivli hücum, ağırlaşdırıcı hücum, zorla məhdudlaşdırma və ehtimal edilən qurbanı təqib etmə, digəri isə cinayət səhlənkarlığı ilə ittiham edilib.

Hadisə ilə bağlı polisə 20 sentyabr 2022-ci ildə məlumat verilib və işçilər noyabrın 5-də ittiham olunublar.



Powered by Froala Editor