Eynicinsli evli cütlüklər streslə daha yaxşı mübarizə aparırlar
Araşdırma: Eynicinsli evli cütlüklər streslə daha yaxşı mübarizə aparırlar
19/Nov/22
1128
Araşdırma: Eynicinsli evli cütlüklər streslə daha yaxşı mübarizə aparırlar
Yeni məlumatlar eynicinsli evli cütlüklərin hetero münasibətdə olan cütlüklərə nisbətən stressin öhdəsindən daha yaxşı gəldiyini ortaya qoyub.
Evliliyə gəlincə, stress səviyyələri cütlüklər arasında maddi səbəblər, emosional bağlılıqlar və ya ünsiyyət azlığı kimi səbəblərə görə fərqlənə bilər.
Eynicinsli və hetero cütlüklərin bu faktorlarının öhdəsindən necə gəldiyini daha yaxşı başa düşmək üçün Ostindəki Texas Universitetinin tədqiqatçıları 419 cütlük arasında birgə mübarizə mövzusunda sorğu keçiriblər. Frontiersin verdiyi məlumata görə, bu sorğu “cütlüklərin streslə mübarizə üsullarını konseptuallaşdırıb.”
Nəticə etibarı ilə, elm adamları eynicinsli olan evli cütlüklərin stresin öhdəsindən hetero münasibətdə olan cütlüklərə nisbətən daha müsbət və əməkdaşlıq yolu ilə gəldiyini müəyyən ediblər.
Powered by Froala Editor