Yan MakKellenin ən böyük peşmançılığı
Hər kəsə "Üzüklərin tanrısı" (Lord of Rings) filmindən tanış olan 79 yaşlı aktyor Yan MakKellen ən böyük peşmançılığından danışıb.
22/Feb/19
6846
Yan MakKellen: "Ən böyük peşmançılığım valideynlərimə açılmamağımdır."
Hər kəsə "Üzüklərin hökmdarı" (Lord of Rings) filmindən tanış olan 79 yaşlı aktyor Yan MakKellen ən böyük peşmançılığından danışıb.
Bazar günü MakKellen “Doktor Kim”in ("Doctor Who") aktyoru Devid Tennantın podkastına qonaq olarkən qeyd edib ki, ən böyük peşmançılığı valideynlərinə öz seksual oriyentasiyası barədə açılmamasıdır. "Bu, mənim həyatımın ən böyük peşmançılığıdır. Anam 12, atam isə 24 yaşım olanda vəfat edib və mən onların heç biri ilə bu barədə danışmamışam."
Aktyor həmçinin Hollivudda gizli həyat yaşayanlar haqqında da danışıb: "Mən onların halına təəssüflənirəm. Bilirəm ki, onlar kaminq aut etsələr, daha çox xoşbəxt ola bilərlər. Onlar deyirlər ki, mən növbəti Tom Kruz olmaq istəyirəm, amma növbəti Tom Kruz sadəcə bir nəfər olacaq. O, sən də ola bilərsən, başqası da ola bilər."
Aktyor həmçinin qeyd edib ki, o, bu sənətin niyə bu qədər vacib göründüyünü və ona görə yalan bir həyat yaşanıldığını anlamır.
"Uğurlu aktyor karyerası heç bir zaman yalan həyat yaşamağı kompensasiya edə bilməz."
O həmçinin əlavə edib: “Mən təsəvvür edə bilmirəm ki, sən hər gün eyni narahatçılığı keçirəcəksən ki, birdən kimsə sənin haqqında öyrənər.” O, sonda Hollivud aktyorlarına bir mesaj da verib: