Həssas Qurplarla Sosial İşin Təşkili | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edib. 

Bu dəfəki episodun mövzusu “Həssas qruplarla sosial işin təşkili – Kuir sosial iş” və qonaq isə sosial işçi Elnur Musayev olub.

Episodda “həssas qruplar” və sosial iş anlayışları barədə, kuir iş və onun ənənəvi sosial işdən fərqi, seksuallığın və kuir kimliyi qəbullanmaqda sosial işçinin rolu, o cümlədən, kuir sosial iş praktikasında yeniyetmələrin seksuallığını qəbullanmasında baş verənlər, kuir psixoloq və psixiatr çatışmazlığı, kuir övladları olan valideyinlərə məsləhətlər kimi məsələlərdən söhbət edilib.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

2022-2023 Mental Sağlamlıq podkastlar seriyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirilən “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir. 



Powered by Froala Editor