Cənubi Koreyalı gey cütlük məhkəmədə qələbəni bərabərlik üçün irəliləyiş kimi görür

Keçən həftə gey cütlüklər üçün milli sağlamlıq sığortası ilə bağlı mühüm Seul məhkəməsini qazanan So Sung-uk və Kim Yong-min üçün, nəhayət, Cənubi Koreyada LGBTİ+ partnyorluqların bərabər tanınması üçün illərdir apardıqları mübarizə öz bəhrəsini verə bilər.

32 yaşlı fəallar on il əvvəl milli xidmət zamanı ilk dəfə görüşdüklərindən bəri mütəmadi olaraq, sosial mediada və ictimai forumlarda, o cümlədən 2019-cu ildə 300-ə yaxın iştirakçının toplaşdığı toy mərasimi haqqında paylaşımlar ediblər.

Kim Reuters ilə müsahibəsində deyib: "Biz nə qədər görünən olsaq və hekayəmiz haqqında nə qədər çox danışsaq, düşünürəm ki, insanların fikirlərini bir o qədər çox dəyişdirə və bizim kimi digər LGBTQ insanlara cəsarətlərini toplamaqda kömək edə bilərik".

Onlar həm də gənc HİV-ə dəstək qrupu ilə işləyən So üçün lezbiyan, gey, biseksual, transgender və kuir hüquqlarını müdafiə edən bir təşkilatda işləyən Kim ilə partnyorluğuna əsaslanaraq, milli tibbi sığorta təminatını təmin edə biliblər.

"Mən bu qərarı təkcə birdəfəlik qələbə kimi deyil, həm də qalib gəlməyə başlamağımızın - sevginin qalib gəldiyinin və yenə də qazanacağının bir əlaməti kimi görürəm ," - deyə So bildirib.

LGBTİ+ ayrı-seçkiliyinə qarşı qanunların mühafizəkar dini və digər qrupların güclü müqaviməti ilə üzləşdiyi Cənubi Koreyada bu qərar Amnesty International hüquq müdafiə təşkilatı tərəfindən “evlilik bərabərliyinə doğru addım” kimi qiymətləndirilib.




Powered by Froala Editor