Keniyanın LGBTİ+ icması qələbə qazanıb
Keniyanın LGBTİ+ icması hüquqlar uğrunda mübarizədə acılı-şirinli qələbə qazanıb
06/Mar/23
927
Keniyanın LGBTİ+ icması hüquqlar uğrunda mübarizədə acılı-şirinli qələbə qazanıb
Ali məhkəmə birləşmək azadlığına hökm edib, lakin mühüm qərar hökumət və kilsələrin əks reaksiyasına səbəb olub.
Keniyanın ali məhkəməsi hökuməti LGBTİ+lər üçün birlikləri qeydiyyatdan keçirmədiyinə görə tənqid edərək, qərarın icmanın hüquqlarına qarşı ayrı-seçkilik olduğunu bildirib.
Keniyada eynicinsli birliklər qeyri-qanuni olaraq qalmasına baxmayaraq, məhkəmə hər kəsin birləşmək hüququna malik olduğuna qərar verib. Bu, illərlə davam edən hüquqi mübarizənin kulminasiya nöqtəsi və LGBTİ+ icmasının qələbəsi olub.
Məhkəmə çoxluğun qərarı ilə qeyri-hökumət koordinasiya şurasının diskriminativ olduğunu və icma nümayəndələrinin təklif etdiyi altı addan hər hansı birini qeydiyyatdan keçirməkdən imtina edərək icmanın konstitusion birləşmək hüququnu pozduğuna qərar verib. Onların arasında Milli Gey və Lesbiyan İnsan Hüquqları Komissiyası və Gey və Lesbiyan İnsan Hüquqları Şurası da yer alıb.
Hökumət orqanı qeyd edib ki, qeydiyyata icazə verilməsi ölkənin cinayət məcəlləsinin gey və lezbiyan birliklərini cinayət hesab edən hissələrinə, o cümlədən homoseksual aktlara görə hər kəsə 14 il həbs cəzası verən Britaniya müstəmləkə qanununa zidd olacaq.
Powered by Froala Editor