"8 Marş - Yaşamaq İsrəyirik" yürüşü
Azərbaycanda feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşü elan edib
07/Mar/23
1234
"8 Marş - Yaşamaq İsrəyirik" yürüşü
Azərbaycanda feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşü elan edib.
Təkcə bu ilin fevral ayında mediada 11 qadının qətl edildiyi ilə bağlı xəbər dərc edilib. Bu qətl xəbərləri ilə yanaşı, qadınların patriarxat tərəfindən davamlı şəkildə müxtəlif zorakılıqlara məruz qalıb.
Mediada çıxan xəbərlərə əsasən, fevralda 9 qadın fiziki zorakılığa məruz qalıb, 8 qadın öldürülməyə cəhd edilib. Bu zorakılıq hadisələrinin bir çoxu azyaşlı uşaqların gözü qarşısında baş verib, həmçinin azyaşlılar özləri də zorakılıq hədəfinə çevriliblər. Fevralda həm də çoxlu sayda qadınlar siyasi qisas zəminində hədəfə çevriliblər və həyatları təhlükəyə atılıb.
Təşkilat heyətinin bildirdiyinə görə, qadınlara qarşı baş verən sistematik zorakılıq və qətllər az deyilmiş kimi, 2022-ci ilin sonları və 2023-cü ildən etibarən qiymət artımları və sosia müdafiəsizlik sayəsində maddi rifah da kəskin pisləşib. “Bu hal qadınları daha çox asılı hala salır və zorakı mühitdən xilas olmaqlarına mane olur.”
“Biz qadın qətllərinə qurban getmədən, yoxsulluq içində sürünmədən, siyasi qisas alətinə çevrilmədən YAŞAMAQ İSTƏYİRİK və aşağıdakıları tələb edirik:
Qadınların can təhlükəsizliyi təmin edilsin!
Qadınların siyasi qisas alətinə çevrilməsi dərhal dayandırılsın!
Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!
İstanbul Konvensiyası qəbul edilsin!
Vətəndaşların sosial rifahını yaxşılaşdıracaq siyasət həyata keçirilsin!
Həssas qruplardan olan qadınların maddi təminatı üçün proqramlar həyata keçirilsin!
Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın!
Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilsin!”
Bu tələblərlə Azərbaycanda feminist icma 8 mart 2023 tarixində saat 15:00-da ənənəvi “8 Marş - Yaşamaq İstəyirik!” yürüşünü elan edib.
Yürüş Nizami küçəsi, Mc.Donalds-ın qarşısından başlayacaq və “Xurşudbanu Natavan” heykəlinin qarşısında (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) başa çatacaqdır. Yürüş bəyanat oxunduğu zaman başa çatmış hesab olunacaq.
Powered by Froala Editor