Hesabat: London polisi irqçi, mizoginist və homofobdur
London Metropoliten Polisi “institusional olaraq irqçi, cinsiyyətçi və homofobdur və özünü kontrolda saxlaya bilmir”
21/Mar/23
893
Hesabat: London polisi irqçi, mizoginist və homofobdur
London Metropoliten Polisi ilə bağlı müstəqil araşdırma nəticəsində məlum olub ki, o, “institusional olaraq irqçi, cinsiyyətçi və homofobdur və özünü kontrolda saxlaya bilmir”.
Martın 21-də ictimaiyyətə açıqlanan hesabatın nəticələri polis qüvvələrində geniş yayılmış zorakılıq, ayrı-seçkilik, institusional homofobiya, mizoginiya, irqçilik və digər qəbuledilməz davranışları ortaya qoyub.
İstintaq 2021-ci ildə keçmiş Metropoliten Polis İdarəsinin rəisi tərəfindən 1999-cu ildə gənc qadına qarşı cinsi təcavüz və qətldə təqsirli bilinən polis məmurunun məhkum edilməsindən sonra sifariş verilib.
Hesabatın tövsiyələri güclü liderliyə, qadınların müdafiəsi xidmətinə və problemlərin həlli üçün yeni uşaq strategiyasına ehtiyacdan ibarət olub. Metropoliten polis komissarı üzr istəyib və məmurları daha tez işdən çıxarmaq üçün işləri sürətləndirməyi vəd edib.
Baş nazir polisə inamın ciddi şəkildə zədələndiyini etiraf edib və onu bərpa etmək öhdəliyini götürüb.
Powered by Froala Editor