Grindr Misirdəki LGBTQİ+lara xəbərdarlıq göndərib
Dünyanın ən məşhur gey tanışlıq proqramı olan Grindr ölkədə LGBTQİ+ların tələyə düşdüyü və həbs edildiyi iddiası ilə bağlı xəbərlərdən sonra Misirdəki bütün istifadəçilərinə xəbərdarlıq mesajı göndərib
24/Mar/23
1430
Grindr Misirdəki LGBTQİ+lara xəbərdarlıq göndərib
Dünyanın ən məşhur gey tanışlıq proqramı olan Grindr ölkədə LGBTQİ+ların tələyə düşdüyü və həbs edildiyi iddiası ilə bağlı xəbərlərdən sonra Misirdəki bütün istifadəçilərinə xəbərdarlıq mesajı göndərib. Bu barədə NBC News məlumat yayıb.
İnsan haqları qruplarına məlumatlarına əsasən, ən azı beş Yaxın Şərq ölkəsində LGBTQİ+lar tanışlıq proqramları və sosial media vasitəsilə hədəfə alınıb.
Grindr-in xəbərdarlıq mesajında deyilib ki, Misir polisi saxta hesablardan istifadə edərək rəqəmsal platformalarda aktiv şəkildə gey, bi və transları həbs edib və həqiqi icma üzvlərinin hesablarını ələ keçirib.
Mesaj istifadəçilərə həm onlayn, həm də oflayn rejimdə, o cümlədən keçmişdə legitim görünmüş hesablarla bağlı əlavə ehtiyatlı olmağı tövsiyə edib.
Grindr-ın qlobal kommunikasiyalar üzrə rəhbəri Patrick Lenihan bildirib ki, istifadəçilərin təhlükəsiz qalmaları ilə bağlı aktual məlumat əldə etmələr üçün şirkət Misirdəki qruplarla işləyib.
Misirdə həbs olunan LGBTQİ+lar adətən ölkənin "əxlaqsızlıq" və "fahişəlik" qanunlarını pozmaqda və eyni zamanda, sosial media və tanışlıq proqramlarından istifadənin artması ilə kiber və telekommunikasiya qanunlarını pozmaqda da ittiham olunublar.
Powered by Froala Editor