9-cu İstanbul Trans Qürur Həftəsi və Qürur Yürüşü

9-cu İstanbul Trans Qürur Həftəsi və Qürur Marşı tarixləri açıqlanıb.  İstanbul Trans Qürur Həftəsi 12-18 İyun tarixləri arasında keçiriləcək. Sonuncu dəfə 2017-ci ildə İstanbul Valiliyinin son dəqiqədə qoyduğu qadağaya baxmayaraq baş tutmuş Trans Qürur Yürüşü bu il yenidən keçiriləcək.

İstanbul Trans Qürur Həftəsi 9-cu Trans Qürur Həftəsinin tarixlərini 12-18 İyun olaraq açıqlayıb, Trans Bərabərlik Günü həftənin son gününə - 18 iyuna təsadüf edəcək. Həmin gün Trans Qürur Yürüşü baş tutacaq.



Powered by Froala Editor