Karamollaoğlu LGBTQİ+ları hədəf alıb
Millət İttifaqının üzvü Saadet Partiyasının lideri Temel Karamollaoğlu LGBTQİ+ları hədəf alıb
29/Mar/23
1001
Karamollaoğlu LGBTQİ+ları hədəf alıb
Karamollaoğlu LGBTQİ+ları hədəf alıb. Bu barədə Kaos GL məlumat yayıb.
Türkiyədə Millət İttifaqının üzvü Saadet Partiyasının lideri Temel Karamollaoğlu partiyasının İstanbulda Haliç Konqres Mərkəzində keçirdiyi “Genişləndirilmiş İl Məclisi Toplantısı”nda çıxışında qeyri-heteroseksual ailələrə qarşı ayrı-seçkilik edib.
“Ailə” haqqında danışan Karamollaoğlu LGBTQİ+ları hədəfə alıb: “Ailə anlayışı pozulursa, cəmiyyəti saxlaya bilməzsiniz. Biz ailə anlayışının degenerasiyası ilə razılaşa bilmərik. Bunu bilməliyik. Ailə kişi, qadın və uşaqlardan ibarətdir. Biz bunu unutmamalıyıq. İki kişi və ya iki qadının bir araya gəlib “biz də bir ailəyik” deməsi gülüncdür. Biz ailə məfhumunu cəmiyyətin sağlam və canlı qalması üçün vacib hesab edirik”.
Powered by Froala Editor