Türkiyə: Novruzda LGBTQİ+lara qarşı linç cəhdi olub
Diyarbakır Vəkillər Kollegiyası və Azadlıq Hüquqşünasları Dərnəyinin (ÖHD) Diyarbakır Şöbəsinin vəkilləri martın 21-də Diyarbakırda keçirilən Novruz şənlikləri ilə bağlı hesabat yayıb
09/Apr/23
923
Türkiyə: Novruzda LGBTQİ+lara qarşı linç cəhdi olub
Diyarbakır Vəkillər Kollegiyası və Azadlıq Hüquqşünasları Dərnəyinin (ÖHD) Diyarbakır Şöbəsinin vəkilləri martın 21-də Diyarbakırda keçirilən Novruz şənlikləri ilə bağlı hesabat yayıb.
Hesabatda Novruz şənliklərində iştirak etmək istəyən vətəndaşlara öncədən icazə verilməsinə baxmayaraq, qeyri-mütənasib müdaxilə edildiyi vurğulanıb. Hesabatda həmçinin qanunsuz həbslər, ayrı-seçkilik və təhqiramiz rəftar, cinayət tərkibi olmayan sarı, qırmızı və yaşıl rəngli ənənəvi geyim və geyim əşyalarının qadağan edilməsi də sənədləşdirilib.
Hesabatda polisin LGBTQİ+ bayraqlarının əraziyə gətirilməsinin qarşısını almağa çalışdığı və tədbirdə LGBTQİ+lara qarşı homofobik hücumların olduğu da qeyd edilib.
Bıçaqlı hücumlar zamanı ən azı 5 nəfərin telefonları oğurlanıb və hadisənin polisə bildirilməsinə baxmayaraq, heç bir müdaxilə edilməyib.
Powered by Froala Editor