“Media Lens” təlim proqramı

Baku Community Space tərəfindən həyata keçirilən “Qadın Liderlik Məktəbi” proqramının Media komandası “Media Lens” təlim proqramında iştiraka dəvət edir.

Layihəni həyata keçirməkdə əsas məqsəd jurnalistlərə və media işçilərinə gender əsaslı mövzularda olan xəbər başlıqları və məzmunlarını neytral, qərəzsiz - professional şəkildə yazmaqlarına dəstək olmaqdır.

Layihəyə Bakıda yaşayan, 18-35 yaş aralığında olan jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, məzunlar və media işçiləri müraciət edə bilərlər. Seçilən iştirakçılarla “Jurnalistikada etik məsələlər”, “Media auditoriyaya necə təsir edir?”, "Mətbuatın seçdiyi dil niyə önəmlidir?”, “Mediada rəqəmsal storytelling” və digər mövzular üzrə təlimlər keçiriləcəkdir və iştirak ödənişsizdir.

Təlimlər sosial və media sahələrindən olan ekspertlər tərəfindən Azərbaycan dilində keçiriləcəkdir. Layihənin sonunda aktiv iştirakçılara sertifikat və əl əməyi hədiyyələr təqdim ediləcək. 

Proqram müddəti: 1 ay ərzində həftə sonları olmaqla 6 gün, saat 10:00-13:00 saat aralığında keçiriləcəkdir. Müraciət üçün son tarix: 25 aprel 2023, saat 23:59.

Layihəyə bu link vasitəsilə müraciət etmək olar: shorturl.at/akosH 



Powered by Froala Editor