Hüquqşünaslar üçün təlim - Queerdian
Queerdian təşəbbüs qrupu vəkil və hüquqşünaslar üçün təlim təşkil edir
23/May/23
426
Hüquqşünaslar üçün təlim - Queerdian
Queerdian təşəbbüs qrupu vəkil və hüquqşünaslar üçün nəzərdə tutulmuş LGBTIQ+ hüquqları və azadlıqlarının müdafiəsi üzrə milli qanunvericilik (və praktika), Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, həmçinin zərərçəkmiş şəxslər ilə ünsiyyət strategiyaları ilə əlaqəli bilik və bacarıqlarının inkişafına töhfə verəcək silsilə təlimlər haqqında məlumatı paylaşıb.
Təlimlər 27-28 may tarixlərində hüquqşünas Səməd Rəhimli, 3 iyun tarixində hüquqşünaslar Emin Abbasov və Tobby Collis, 10 iyunda isə hüquqşünas Efruz Kaya tərəfindən aparılacaq.
Təlimlər sözügedən tarixlərdə saat 10.00-17.00 aralığında keçiriləcək, qəhvə və nahar fasiləsi təmin ediləcək. Yerlər məhdud olduğu üçün yalnız bütün təlimlərdə iştirakını təsdiq edən iştirakçılar təsdiq ediləcəkdir. Müvafiq hissələrdə sinxron tərcümə təşkil olunur.
Təlimlərin mövzuları barədə daha ətraflı bu keçiddəki posterlərdən oxuya bilərsiniz.
Təlimlərə müraciət linki: https://shorturl.at/fqMP8
Powered by Froala Editor