Hamilə trans kişi Glamour jurnalının üz qabığında

Glamour jurnalı Qürur ayı zamanı hamilə trans kişi Logan Brownu öz üz qabığında yerləşdirməklə əhəmiyyətli dəstək bəyanatı verib. 

Hamiləliyinin sonlarında olan Brownun  şəkilləri Glamour jurnalının rəqəmsal iyun sayında nümayiş etdirilib.

Əsasən qadınlara yönəlmiş jurnal həm cisgender, həm də trans qadınlar arasında müttəfiqliyi və paylaşılan təcrübələri vurğulayır.

Brown hamilə kişi kimi unikal təcrübəsi onu öz bloqu və “Atamın qarnında” adlı uşaq kitabı vasitəsilə başqalarını trans valideynlik haqqında maarifləndirməyə ruhlandırıb.



Powered by Froala Editor