Gender Resurs Mərkəzi 3 yaşını qeyd edib
Gender Resurs Mərkəzi 2020-ci ildə yaradılmış kuir-feminist platformadır
01/Jul/23
921
Gender Resurs Mərkəzi 3 yaşını qeyd edib
Gender Resurs Mərkəzi 2020-ci ildə yaradılmış kuir-feminist platformadır. Mərkəz Azərbaycanda müxtəlif gender kimlikli və cinsi oriyentasiyalı şəxslər üçün təhlükəsiz məkan və resurs çatışmazlığı probleminə cavab olaraq təsis edilib. Təşəbbüs mövcud zorakılıq mədəniyyətini və patriarxizmi çökdürmək üçün güc dinamikasını dəyişməyi əsas dəyər kimi görür. Bunun üçün əlçatanlıq və şəffaflığın təmin olunması, ətraf-mühitə həssaslıq, zorakılıq və ayrı-seçkililiyə sıfır tolerantlıq GRC-nin təməl prinsiplərindəndir.
Gender Resurs Mərkəzi kuirlərin və LGBTQİ+ icmaların resurslara ədalətli əlçatımlılığını təmin etmək üçün mübarizə apardığ son üç ildə baş verənlərdən danışmaq və indidən sonra həyata keçirəcəkləri fəaliyyətlərə görə icmanın bir-birindən güc alması üçün 29 iyun tarixində tədbir təşkil edib.
Tədbirdə LGBTQİ+ və feminist icmalarından, bir sıra müstəqil təşəbbüslərdən qonaqlar iştirak edib. Çıxış edən GRC üzvləri təşkilatın son 3 ildə həyata keçirdiyi fəaliyyət istiqamətlərindən, qarşılaşdıqları çətinliklərdən və gələcəyə olan hədəflərindən danışıblar. Daha sonra qonaqların sualları dinlənilib və tədbir qeyri-formal şəraitdə davam edib.
Powered by Froala Editor