Araşdırma: İqtisadi Məhdudiyyətlərin İştirakçıları
Nәfәs LGBT Azәrbaycan Aliyansı hәyata keçirdiyi araşdırmada mövcud tәcrid olunma mühitinin yaranmasına tәsir edәn faktorlar vә onların aradan qaldırılmasında hansı islahat vә dәşikliklәrә ehtiyac olunduğuna toxunur.
27/Feb/19
6343
Araşdırma: İqtisadi Məhdudiyyətlərin İştirakçıları
Azərbaycanda LGBTİ fərdlərinə qarşı diskriminasiya daha çox yayılmış və praktik olaraq, sosial cəhətdən hər hansı digər diskriminasiya növündən daha çox qəbulolunandır. Uilyams İnstitutunun "Qlobal Qəbullanma İndeksi (QQİ)" göstərir ki, Azərbaycan LGBTİ fərdlərinin sosial qəbul olunmasına görə dünyanın 141 ölkəsi arasında ən az göstəricilərə sahibdir, 10 üzərindən 0.96. Gender və oxşar normaların amansız ictimai quruluşu səbəbindən, LGBTİ fərdlərinin iqtisadi potensialı həm də iş yerlərindən və iqtisadi üstünlüklərdən təcrid olunmaqla limitlidir. Seksual və gender azlıqlarına qarşı diskriminasiyanın onların ailələri üzərində də açıq şəkildə təsirləri var. Belə ki, seksual və ya gender azlıqlarının bir parçası kimi görünən bir ailə üzvünün varlığına görə bütün ailə üzvləri əziyyət çəkir. Nәfәs LGBT Azәrbaycan Aliyansı hәyata keçirdiyi araşdırmada mövcud tәcrid olunma mühitinin yaranmasına tәsir edәn faktorlar vә onların aradan qaldırılmasında hansı islahat vә dәşikliklәrә ehtiyac olunduğuna toxunur.
Təhsil Faktoru
Seksual və gender azlıqları, digər gender uyğunsuzluqlu uşaqlar, gənclər məktəbdə şagirdlər və hətta müəllimlər tərəfindən qeyri-mütənasib şəkildə zorbalıqla qarşılaşırlar. Bu tip zorbalıqlar zəif akademik göstəricilərə və məktəbi tərketmə hallarının artmasına gətirib çıxarır. Akademik göstəricilər, ixtisaslaşma və qazanclar arasındakı sıx əlaqəni nəzərə alsaq, bu fenomen, demək olar ki, şübhəsiz, orta aşağı qazanca köməklik edir. Ardıcıl olaraq, aşağı sosial-iqtisadi statusa və təhsil səviyyəsinə malik olan homoseksual, biseksual, transseksual və interseks insanların sosial stiqma və ayrı-seçkiliklərə qarşı daha həssas olduğu və öz növbəsində iqtisadi imkanlara daha az çıxa bildikləri dövriyyə dinamikası yaranır.
İş mühiti faktoru
LGBTİ insanlar iki növ ayrı-seçkilik ilə üzləşirlər: 1) iş yerinə girmək istəyərkən təcrid olunma, 2) bir də işləyərkən, LGBTİ fərdləri qısnamaya məruz qalırlar və işdə irəliləyiş üçün daha az imkanları olur. Orta hesabla, LGBTİ fərdləri heteroseksual, cisgenderlərdən daha az gəlir qazanır və yoxsulluqda daha çox yaşayırlar. Gey kişilər lesbiyanlardan daha çox qazanır, sözsüz ki, daha ağır şəraiti olan transgender insanlardan da. 2013-cü ildə "Nəfəs LGBT Azərbaycan Alyansı" tərəfindən 500 respondent arasında aparılmış, turizm, bank, ticarət mərkəzləri kimi sahələri əhatə edən sorğunun nəticələrinə əsasən, biz Azərbaycanda işgüzar mühitin LGBTİ dostu olmadığı nəticəsinə gələ bilərik. Respondentlərin 64% -i LGBT şəxslə birlikdə işləmək istəmir və ümumilikdə, 60%-nin onlara qarşı rəftarı mənfidir, respondentlərin 60%-i işəgötürən olsaydı, LGBTİ fərdlərini işə götürməzdi. Araşdırma iştirakçıların əksəriyyətinin iş yerində şifahi istismardan və ya şiddətdən qorxduqları üçün açıq olmadıqları müəyyən etmişdir. Açıq olanlar tez-tez şiddətli ayrı-seçkiliklə, həmçinin müqaviləyə xitam verilməsi halları, zorakılıq təhdidləri, homofobik zarafatlarla qarşılaşırdılar və "pozğunlar" kimi təsvir olunurdular.
İş yerində sirr
LGBTİ-lər həqiqi orientasiyalarını və kimliklərini gizlətməyə və ayrı-seçkilik və ya qısnamaya məruz qalmamaq üçün heteroseksuallar kimi davrana bilərlər. Seksual orientasiyanın açıqlanması "bir dəfə və hamı üçün" məsələsidir, lakin daha da davamlı bir prosesdir. Qeydə alınan ayrı-seçkilik göstəricilərinin daha yüksək olacağını və işçilərin seksual oriyentasiyasını və ya gender kimliyini gizlətməməsi halında iş yerindəki ayrı-seçkilik hallarının sayının (qanunsuz işdən çıxarılması, vəzifənin artırılmaması) əhəmiyyətli dərəcədə çox olacağını qeyd etmək vacibdir. Bu qorxu seksual oriyentasiya və gender kimliyi barədə susqunluğun aludəçiliyi ilə yanaşı, tez-tez stresli olur və fərdin məhsuldarlığına, özünə hörmətinə, sıx dostluqlara və komanda tərkibində işləmək qabiliyyətinə mənfi təsir göstərə bilər.
Hərbi xidmət faktoru
Dəlillərə əsasən, iqtisadi fürsətlərdən yararlanmağa böyük təsir göstərən hərbi çağırış prosesi zamanı başqa bir əsas problem meydana çıxır. Seksual oriyentasiyası haqqında məlumat verən hər bir homoseksual kişi 18B (affektiv tutmalar, asanlıqla reaktiv hallara səbəb olan, vegetativ əsəb sisteminin aydın görünən qeyri-sabitlik əlamətləri ilə təzahür edən, orta dərəcəli şəxsiyyət pozuntuları, psixopatiyalar və şəxsiyyətin patoloji inkişafı kimi formalar) diaqnozu ilə psixoloji dispanserə yönləndirilir. Daha sonra bu, onların hüquqi əmək bazarına çıxışı təmin edən hərbi xidmət sənədlərində özünü biruzə verir. Təcrübədə işəgötürən tərəfindən hər bir kişi vətəndaşdan bu sənədlər istənilir.
Qanunvericilik faktoru
Hədəf 8.8, dövlətin əmək hüquqlarını qorumaq, bütün işçilər üçün əmin və təhlükəsiz iş mühitini təşviq etməsini müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsi ayrı-ayrı əsaslarla ayrı-seçkiliyi qadağan edir, lakin SOGKİSX (seksual orientasiya, gender kimliyi və ifaəsi, seks xarakteristikaları) əsasına görə ayrı-seçkiliyin heç bir açıq qadağası indiyə qədər Əmək Məcəlləsinə əlavə edilməyib.
Hüquqi gender tanınmasının olmaması transseksual və interseks şəxslərin əmək bazarına effektiv çıxışına mane olur. Gender kimliyi və ifadəsi ilə sənədlərdə göstərilən cinsi/gender fərqlilikləri arasında yaranan uyğunsuzluq potensial işəgötürənlər arasında güvənsizlik yarada, həmçinin diqqətin namizədin işə uyğunluğundan çox, gender kimliyinə və ifadəsinə fokuslanmasına səbəb ola bilər.
Ümumiyyətlə, sübutlar göstərir ki, işdə seksual oriyentasiyanın gizlədilməsi bir sıra mənfi iş həyatı təcrübələrinin nəticələri ilə bağlıdır. Ayrı-seçkiliyə və ya qısnamalara məruz qalarsa, bir çox LGBTİ fərdi hərəkətə keçməkdən çəkinir, çox vaxt açıq olma qorxusuna görə, ya da səlahiyyətlilərin və hüquqi prosedurların yardım göstərəcəyinə inanmadıqlarına görə. Bu, LGBTİ icmasının və onun iş yerindəki problemlərinin aydın görünməməsinə köməklik etmiş olur.
Heç kəsi kənarda qoymamaq
Dövlətin iqtisadi inkişaf siyasəti LGBTİ əhalisi üçün əhatəli olduqda daha təsirli olacaqdır. İş yerindəki LGBTİ fərdlərinə qarşı şiddətin, stiqmanın və ayrı-seçkiliyin aradan qaldırılması iqtisadiyyatda tam iştirak etmək üçün maneələri aradan qaldırır və LGBTİ fərdlərinə tam potensialını həyata keçirmək və iqtisadi artımın bir hissəsi olmaq imkanı verir. Heç kəsi kənarda qoymadan tərəqqiyə və tam məhsuldar məşğulluğa necə nail olmaq olar? DİM (Dayanıqlı İnkişaf Məqsədi) 8-ə doğru irəliləməni sürətləndirmək üçün ən təsirli yollar:
LGBTİ vətəndaşları da daxil olmaqla məşğulluq ilə əlaqəli bütün dezavantajlı və ya marginallaşmış şəxslərə və ya qruplara qarşı ayrı-seçkilik və ictimai stigmanın qarşısını almaq üçün daha güclü bir cəmiyyət üçün maarifləndirici proqramların həyata keçirilməsi məqsədilə müvafiq büdcənin təmin edilməsi;
Transgender və interseks şəxslərin məşğulluğa səmərəli çıxışını təmin etmək üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq, gender tanınması üçün zəruri qanunvericilik və inzibati tədbirləri həyata keçirmək;
LGBTİ insanların ayrı-seçkiliyə məruz qalmamasını təmin etmək üçün həm ictimai, həm də özəl sektorlarda işçilərin işə götürülməsi, işdə saxlanılması və vəzifənin artırılması ilə əlaqədar, məşğulluğun bütün sahələrinə və növlərinə geniş tətbiq olunan effektiv strategiyaların, siyasətlərin qurulması;
Seksual və gender azlıqlarının daxil edilməsi və iqtisadi artım arasında birliklər, ayrı-seçkiliyə qarşı gəlirlərin, mövcudluğun və iş yerlərinin istifadəsi ilə bağlı seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və xüsusiyyətləri ilə ayrılmış məlumatların toplanmasını təkmilləşdirmək;
LGBTİ insanlar və ya onları prosesə cəlb etmək üçün işləyən qeyri-hökumət təşkilatları ilə onların ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün məsləhətləşmək və əməkdaşlıq etmək;
Agenda (Gündəm) 2030 çağırışı!
Nәfәs LGBT Azәrbaycan Aliyansı inanır ki, onlardan biri qarşılanmırsa, digər DİM-lər əldə oluna bilməz. Birinci davamlı inkişaf hədəfi ilə əlaqəli əsas hədəf "2030-cu ilədək hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq"dır. Bütün digər dayanıqlı inkişaf mәqsәdlәri 1-ci DİM-in əldə olunmasına kömək edir, lakin 8-ci DİM-in xüsusi uyğunluğu LGBTİ-lər üçün vacibdir. Davamlı, hərtərəfli və dayanıqlı iqtisadi artım, tam və məhsuldar məşğulluq və hər kəs üçün layiqli iş (DİM 8) siyasətlərin dayanıqlı inkişaf üçün uyğunlaşdırılmasına (Hədəf 17.14) vә dayanıqlı inkişaf üçün ayrı-seçkiliyə yol verilməyən qanunların və siyasətlərin təşviq edilmәsi və həyata keçirilmәsinә (Hәdәf 16 B) ehtiyac duyur. Nәticәdә 2030-cu ilədək, hər yerdə kәskin yoxsulluq aradan qaldırılır (Hədəf 1.1), bütün kişilərin və qadınlar, xüsusən də yoxsul və digər həssas əhali qrupları iqtisadi resurslara bərabər çıxış [...] imkanlarına malik olur, (Hədəf 1.4), ayrı-seçkiliyin bütün formalarına son qoyulur (Hədəf 5.1) vә hamı üçün adekvat, təhlükəsiz və sərfəli mənzil təminatına və əsas xidmətlərə çıxış təmin edilir (Hədəf 11.1).