Nepal eynicinslilərin evliliyinə icazə verib
Nepalda Ali Məhkəmə əhalisi əsasən mühafizəkar olan ölkədə ilk dəfə geylərin evliliyinə yol açan 30 iyun müvəqqəti sərəncamını verdikdən sonra eynicinsli cütlüklər nikahlarını qeydiyyata alınmasına hazırlaşdıqlarını bildiriblər
20/Jul/23
1371
Nepal eynicinslilərin evliliyinə icazə verib
Nepalda Ali Məhkəmə əhalisi əsasən mühafizəkar olan ölkədə ilk dəfə geylərin evliliyinə yol açan 30 iyun müvəqqəti sərəncamını verdikdən sonra eynicinsli cütlüklər nikahlarını qeydiyyata alınmasına hazırlaşdıqlarını bildiriblər. Fəallar Nepalın Ali Məhkəməsinin eynicinslilərin evliliyinə icazə verən hökmünü alqışlayıblar.
Ali Məhkəmə gey hüquq müdafiəçilərinin məsələ ilə bağlı verdiyi ərizəyə baxıb və iyulun 5-də eynicinsli cütlüklərə yekun hökm çıxana qədər nikahlarını qeydiyyata almağa icazə verən müvəqqəti sərəncam verib.
"Bu, çox böyük və tarixi bir qərardır", - Blue Diamond Society gey hüquqları təşkilatının sədri Pinky Gurung bildirib.
Gurung təxminən 200 eynicinsli cütlüyün "nikahlarının qeydiyyata alınmasını" gözlədiklərini söyləyib.
2007-ci ildə Nepalın Ali Məhkəməsi hökumətə LGBTQİ+lara qarşı ayrı-seçkiliyə son qoymağı və bərabər hüquqların təmin edilməsi üçün tədbirlər görməyi əmr edib. O vaxtdan bəzi eynicinsli cütlüklər qeyri-rəsmi toylar keçirib və paytaxt Katmanduda gey qürur paradları təşkil olunub.
Lakin fəallar hələ də dəqiq qanunun olmaması və insanların öz ailələri və icmaları tərəfindən zorakılığa, təhsil, dövlət idarələri və xəstəxanalarda ayrı-seçkiliyə məruz qaldıqlarını deyiblər.
LGBTQİ+ icmasının digər üzvü Maya Gurung bildirib ki, nikahı rəsmi qeydiyyatdan keçirə bilmək bir sıra çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
"İndi nikahımızı rəsmi qeydiyyata almaq üçün səlahiyyətlilərə müraciət edəcəyik", - təxminən on illik partnyoru Surendra Pandeyi nəzərdə tutaraq Gurung deyib.
"Bunun üçün bir az vaxt lazım ola bilər."
Powered by Froala Editor