Türkiyədə bir kişi “gey göründüyü” üçün həbs olunub
Portuqaliyalı gey kişi iddia edib ki, o, Türkiyənin İstanbul şəhərində saxlanılıb və sadəcə “gey göründüyü” üçün 20 sutka həbs edilib
27/Jul/23
2339
Türkiyədə bir kişi “gey göründüyü” üçün 20 sutka həbs olunub
Portuqaliyalı gey kişi iddia edib ki, o, Türkiyənin İstanbul şəhərində saxlanılıb və sadəcə “gey göründüyü” üçün 20 sutka həbs edilib.
İyunun 25-də Migel Alvaronun tətili gözlənilmədən dəyişib, o, İstanbulda yol soruşduqdan sonra polis tərəfindən tutulub.
Saxlanılma səlahiyyətlilər tərəfindən icazə verilməyən LGBTQ+ qürur yürüşü ilə üst-üstə düşüb və Alvaro hesab edir ki, məmurların hadisə ilə bağlı müəyyən sayda insanı həbs etmək əmri olub.
Alvaro PinkNews xəbər portalına həbsindən "şok və dəhşətə keçirdiyini və çox qəzəbləndiyini" söyləyib.
“Qollarımdan tutdular və mən özümü azad etməyə çalışdım. Onlardan biri qabırğalarımdan vurdu, məni mikroavtobusa itələdilər, çiynimdən vurdular, çiynimdən qan axmağa başladı”, - o, LBC-yə bildirib.
Həbsdən sonra Alvaro polis mikroavtobusunda beş saat qaldığını və burada ona "görünüşünə görə" saxlanıldığını iddia edib.
"Onlar gey göründüyüm üçün yaxınlıqda keçiriləcək icazəsiz LGBTİ+ yürüşündə iştirak edəcəyimi düşünürdülər", - o deyib. "Yanlış zamanda yalnış yerdə idim."
Powered by Froala Editor