Qürur Həftəsini qeyd edən musiqiçiyə qadağa
Türkiyədə musiqiçi Gökçenin Afyonda Sandıklı konserti AKP şəhər bələdiyyə başqanı tərəfindən ləğv edilib
09/Aug/23
1257
Qürur Həftəsini qeyd edən musiqiçiyə qadağa
Türkiyədə musiqiçi Gökçenin Afyonda Sandıklı konserti AKP şəhər bələdiyyə başqanı tərəfindən ləğv edilib.
Qürur ayı bitib, LGBTİ+ qadağaları bitməyib. Türkiyədə hökumətin anti-LGBTİ+ siyasətinin son hədəfi musiqiçi Gökçe olub. Ötən illərdə sosial media hesabında “Sevgi sevgidir” deyərək Qürur Həftəsini qeyd edən musiqiçi Gökçenin Afyon Sandıklı konserti ləğv edilib.
AKP-li Sandıklı bələdiyyə başqanı Mustafa Çöl sənətçinin paylaşımlarını tapmaq üçün sosial media hesablarını gözdən keçirib və konserti ləğv edib. Çöl özünün sosial media hesabında senzuranı etiraf edib:
“Sandıklımızın və Əziz Millətimizin nəzərinə;
“11 avqust 2023-cü ildə planlaşdırdığımız təşkilatçılıq şəxsi araşdırmalarım nəticəsində qonaq sənətçinin LGBT dəstəyini ehtiva edən və cənab Prezidentimizə böhtan atan paylaşımlarına görə ləğv edilmişdir.
“Həmişə dediyimiz kimi, BİZ BU ÖLKƏNİN ÖVLADIYIQ.
“Nə cənab Prezidentimizə, nə də müqəddəs dəyərlərimizə xələl gətirəni QƏBUL ETMİRİK!
“Bu məzmunu paylaşanlar Sandıklıda səhnəyə çıxmağı keçək, heç rayonumuzun sərhərlərindən içəri GİRƏ BİLMƏZ!
“Əziz millətimizə təqdim edirəm!”
Powered by Froala Editor