Berlin Humboldt Universitetində gloryhole-lara yox

Augsburg universitetindən sonra Berlindəki tələbələr də universitet ərazisində gloryhole yaradılmasından imtina ediblər.

Çərşənbə axşamı Berlin Humboldt Universitetinin tələbə parlamenti anonim seksual əlaqə üçün divarda dəliklərin  yaradılması tələbini rədd edib. Berliner Zeitung portalının məlumatına görə, iclasda iştirak edənlərin üçdə ikisi Avropa Parlamentinin deputatı Martin Sonnebornun “Die Partei” satira partiyasının qolu olan “Autonomous Alcoholics:innen”in təklifinin əleyhinə səs verib. 

“Qalmaqal ərizəsinə”(B.Z.) görə, “Dorotheenstraße 24 ünvanlı seminar binasında ən azı üç dəlik [...] yaradılmalıdır”. Müvafiq olaraq, dəliklərin hündürlüyü tənzimlənən, həmçinin səs keçirməyən və qeyri-şəffaf olmalıdır ki, iştirak edənlərin anonimliyini təmin etsin. Divar tutacaqları və dizliklər tələbələrə əlavə rahatlıq verməlidir. Bundan əlavə, orada “qoruyucular, lubrikant və dezinfeksiyaedici maddələr və salfetlər" mövcud olmalıdır.

Powered by Froala Editor