Rusiyada trans*ların 2%-i hormonal terapiyanı dayandırıb
Rusiyada trans*ların 2%-i transfobik qanuna görə hormonal terapiyanı dayandırıb
10/Nov/23
755
Rusiyada trans*ların 2%-i transfobik qanuna görə hormonal terapiyanı dayandırıb
KilkoT-Action (КилькоТ-Действие) təşəbbüsü avqustun 22-dən sentyabrın 13-dək apardığı sorğunun nəticələrini dərc edib. 162 nəfər transfobik qanunun qəbulundan sonra gender-affermativ terapiyasından istifadə təcrübələrindən danışıb. Onların yalnız 2%-i repressiyaya görə hormonal terapiyanı dayandırıb.
Dərc edilmiş nəticələrə görə, respondentlərin 69%-i sənədlərini dəyişib, 3%-nin sənədləri dəyişdirilmə prosesdədir, 28%-i isə sənədlərini dəyişməyib. Respondentlərin 88%-i hormon qəbul edir. Bunlardan 67%-i dəyişdirilmiş sənədlərlə, 19%-i dəyişdirilməyən sənədlərlə, 2%-i isə dəyişdirilməkdə olanlardır. 6% (10 nəfər) terapiyaya başlamağı planlaşdırır, 1% (sənədləri dəyişdirilməyən 2 nəfər) isə ümumiyyətlə HT planlaşdırmır.
Anketi tamamlayanların yalnız 2%-i qanuna görə terapiyanı dayandırmalı olub. Bunlar sənədləri dəyişməmiş 3 nəfərdir. Digər 3% (4 nəfər) başqa səbəblərdən hormon terapiyasını dayandırıb. Bunlara maliyyə vəziyyəti və doğma qabiliyyətini bərpa etmək istəyi daxildir.
Powered by Froala Editor