Azərbaycanda insan hüquqlarının vəziyyəti UPR tərəfindən araşdırılır

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UPR) İşçi Qrupu 14 Noyabr 2023-cü il çərşənbə axşamı Cenevrədə canlı yayımlanan iclasda dördüncü dəfə Azərbaycanda insan hüquqlarının vəziyyətini araşdırıb. Azərbaycan UPR İşçi Qrupunun 2023-cü il noyabrın 6-dan 17-dək 44-cü sessiyası zamanı nəzərdən keçirilən 14 dövlətdən biridir.

Bu il Azərbaycandan olan müstəqil 4 LGBTİ+ təşkilatı təqdimat hazırlayıb. 

Queardian, Gender Resurs Mərkəzi və Q Collective BMT-nin İnsan Hüquqları Şurasına Azərbaycanın LGBTİQ+ hüquqlarının təşviqi və qorunması üzrə beynəlxalq standartlara uyğunluğunun nəzərdən keçirilməsində, mövcud qanunvericilik bazalarının səmərəliliyinin və onların tətbiqinin qiymətləndirilməsində kömək etmək və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi üçün birgə hesabat təqdim edib. 

Eyni zamanda, Nəfəs LGBTİ Azərbaycan Alyansı ECOM ilə birlikdə təqdim etdiyi hesabatda Azərbaycanın lezbiyan, gey, biseksual, transgender, interseks, queer (LGBTIQ) icmalarına qarşı zorakılıq və ayrı-seçkilik, o cümlədən qərəzli çıxışlar və cinayətlər ilə bağlı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməsi ilə bağlı narahatlıq doğuran bir neçə sahə vurğulanıb. həmçinin ayrı-seçkiliyə yol verilməməsi, ifadə azadlığı, dinc toplaşmaq azadlığı və şəxsi toxunulmazlıq hüquqları ilə bağlı LGBTİQ hüquq müdafiəçilərinə və fəallarına qarşı təhdid və hücumlar da hesabatda yer alıb. 

Azərbaycanın birinci, ikinci və üçüncü UPR baxışları müvafiq olaraq 2009-cu ilin fevralında, 2013-cü ilin aprelində və 2018-ci ilin mayında baş tutub.

UPR İşçi Qrupunun 17 noyabr 2023-cü il cümə günü saat 16:00-dan 18:00-a qədər Azərbaycana verdiyi tövsiyələri qəbul etməsi planlaşdırılır. Nəzərdən keçirilən dövlət araşdırma zamanı ona verilən tövsiyələrə dair öz mövqeyini bildirə bilər.


Powered by Froala Editor