Homoseksual Avropa lideri Ərəb liderlərinə qarşı

Avropa Birliyi liderləri arasında ilk eynicinsli nikahı olan Lüksemburqun baş naziri Xavier Bettel Misirdə keçirilən sammitə öz həyat yoldaşı ilə qatılıb. Misir, xüsusilə, son illərdə homoseksual fərdlərə qarşı kütləvi həbs və cəzalarla gündəmdədir. Misirdə homoseksual insanlar 17 ilə qədər həbs cəzasına məhkum oluna bilərlər.

Xavier Bettel və həyat yoldaşı Qotie Destenay 

Cənab Bettel ərəb dünyasının liderləri qarşısında öz nitqini söyləyərkən vurğulayıb ki, onun eynicinsli nigahı bəzi ərəb ölkələrində ölüm hökmü ilə cəzalandırıla bilər. Heç kəs bu nitq qarşısında heç nə deyə bilməyib və konfrans otağı səssizliyə qərq olub.

"Susmaq mənim üçün variant deyil" deyə bildirib.

Xatırladaq ki, homoseksuallıq Səudiyyə Ərəbistanı, Sudan və Yəməndə şəriət qanunlarına görə ölüm hökmü ilə cəzalandırılır. Homoseksual cinsi münasibətlər isə Əlcəzair, Mərakeş, Oman, Tunis, Suriya, Küveyt və BƏƏ-də cinayət hesab edilir. 

Misirdə davam edən kütləvi repressiyalar isə başqa bir müstəviyə keçib. Keçən ay homoseksual bir nəfərdən müsahibə aldığı üçün televiziya aparıcısı bir il müddətinə həbs olunub. O həmçinin daha əvvəl öz anti-gey fikirlərini səsləndirdiyi üçün 147 ABŞ dolları məbləğində cərimələnmişdi.